Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.
Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.
İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:
Jurnalist namizədlər
№
Ad, soyad
Vəzifəsi
Topladığı səs
Rəşad Məcid
“525-ci qəzet”in baş redaktoru
103
Vüqar Rəhimzadə
“İki sahil” qəzetinin baş redaktoru
72
Vüsalə Mahirqızı
APA Holdinqin rəhbəri
66
Elçin Mirzəbəyli
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru
65
Aydın Quliyev
“Bakı xəbər” qəzetinin baş redaktoru
64
Hacıbəy Heydərli
“Azxeber.com” saytının baş redaktoru
63
Azər Həsrət
“Bayraqdar.info” saytının baş redaktoru
62
Akif Aşırlı
“Şərq” qəzetinin baş redaktoru
57
Rauf Arifoğlu
“Yeni Müsavat” Media Qeupunun rəhbəri
54
Alqış Musayev
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
51
Fuad Hüseynəliyev
“Report” İnformasiya Agentliyinin baş direktoru
49
Aynur Camalqızı
Teleqraf Holdinqin rəhbəri
43
Qalib İbrahimoğlu
“Bakıvaxtı.az” saytının baş redaktoru
42
Vasif Həsənli
“Demokrat.az” saytının baş redaktoru
39
Emin Musəvi
“ASAN radio”nun direktoru
37
Səadət Məmmədova
Televiziya jurnalisti
36
Fərid Şahbazlı
“Editor.az” saytının baş redaktoru
36
Səbuhi Abbasov
“7news.az” saytının baş redaktoru
35
Niyaz Niftiyev
“Xezernews.az” saytının baş redaktoru
35
Rafail Becanov
“Cümhuriyyət” qəzetinin baş redaktoru
30
Elşad Eyvazlı
“Modern” Media Qrupun rəhbəri
25
Afiq Mirzəbəyli
“Reytinq” qəzetinin baş redaktoru
23
Aqil Ələsgər
“Yeni Çağ” Media Qrupunun rəhbəri
23
Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru
22
Bəhruz Quliyev
“Səs” qəzetinin baş redaktoru
17
Yunus Oğuz
“Olaylar” qəzetinin baş redaktoru
17
Məğrur Əliyev
“Təbib” qəzetinin baş redaktoru
17
Zahir Əzəmət
“Qaynar.info” saytının baş redaktoru
14
İctimaiyyətdən olan namizədlər
Əflatun Amaşov
Mətbuat Şurasının sədri
112
Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
82
Yadigar Məmmədli
Demokratik Jurnalistlər Liqasının sədri
66
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri
62
Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
58
Qulu Məhərrəmli
BDU Jurnalistika fakültəsinin professoru
57
Vüqar Zifəroğlu
BDU jurnalistika fakültəsinin dekanı
48
Fərid Pərdəşünas
“Technote Media” şirkətinin icraçı direktoru
45
Natiq Məmmədli
Medianın İnkişafı Agentliyinin şöbə müdiri
36
Mətin Məmmədli
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
34
Müsəllim Həsənov
Bakı Media Mərkəzinin əməkdaşı
33
Şəmsəddin Əliyev
“Polisə dəstək” İctimai Birliyinin sədri
28
Yeganə Hacıyeva
Politoloq, Gənc Demokratlar İnstitutunun sədri
27
Bəhruz Məmmədzadə
“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini
25
Vüsalə Hüseynli
İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri
23
Azər Sarıyev
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
18
Nadir İsmayılov
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
14
Xanoğlan Əhmədov
“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri
13
İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.