Balakən rayonu Kortala kəndində evin tək oğul övladı olan Şəhid Hüseynov Əsgər Vaqif oğlunun anım günü keçirilib.
Şəhidimiz haqqında bəzi məlumatları oxucularımıza çatdırmaq istəyirik. Əsgər Hüseynov 1998 ci il dekabrın 24 də Balakən rayon kortala kəndində anadan olub. 2004-cü ildə Şəhid Qurban Nağıyev adına kortala kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2012 ci ildə 9 illik təhsilini başa vurub. Daha sonra təhsilini Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsində davam etdirib.
Əsgər uşaqlıqdan daha çox dini elmlərlə maraqlanırdı.
Hələ kiçik yaşlarından Şəhidlik arzusunun olduğunu, böyüyüb erməni faşistərindən qisasını alacağını bildirirdi.
03.01.2017-ci ildə Həqiqi-hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Milli Ordunun “N” saylı hərbi hissəsində keçib. Həqiqi hərbi xidmətini 2019-cu ildə başa vurub.
Bir müddət Mülki işlərdə işləyib.
Öz arzusu ilə 29.09.2020-ci ildə könüllü olaraq İkinci Qarabağ Müharibəsinə yollanıb. 26 gün böyük həvəs və cəsarətlə Cəbrayıl, Füzuli, Xocavənd rayonları istiqamətində döyüşüb. 25 oktyabr 2020-ci il Xocavənd rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində , yaralı döyüş yoldaşlarını döyüş meydanınnan xilas eləyib və həmin vaxtı qəhrəmancasına Şəhid olub.
26 oktyabr 2020-ci ildə Doğulub boya-başa çatdığı Balakən rayon kortala kəndində dəfn edilib.
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”medalı “Cəbrayılın azad olunmasına görə”medalı “Füzulinin azad olunmasına görə”medalı “Cəsur döyüşçü”medalı ilə təltif olunub.
Əsgərin döyüş yoldaşları, ,komandirləri onun haqqında ağızdolusu danışıblar. Belə ki, döyüş yoldaşları öz xatirələrində Əsgər Hüseynovun Vətənə həsr etdiyi, şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, keyfiyyətlərindən danışıblar.
Bu günlərdə Şəhidimizin Anım günü tədbiri keçirilib.
Tədbir Balakən rayonu Kortala kənd qəbirstanlığında keçirilib. Kənd və rayon ictimaiyyətinin, o cümlədən din xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Şəhidin ruhuna dualar oxundu və onun haqqında xoş xatirələr yad edildi.
Bu tədbir haqqında şəhidin qardaşı Diaspor.info saytının Balakən bürosuna məlumat verib.
[/center]
Diaspor.info
Balakən.