Diaspor info xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən turizm könüllüləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkil etdiyi ekskursiyada iştirak edən gənclərə məlumat verilib ki, "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi nəinki Azərbaycanda, dünyada tanınmış dini turizm obyektidir. Hər il bu məkanı dünyanın müxtəlif yerlərindən minlərlə zəvvar və turist ziyarət edir.
Bu müqəddəs ziyarətgah haqqında məlumatların “Qurani Kərim”də yer aldığı bildirilərək “Əshabi-Kəhf” haqqında rəvayətlər də gənclərin diqqətinə çatdırılıb.
O da qeyd edilib ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin himayəsi və qayğısı ilə ziyarətgahda geniş bərpa və abadlıq işləri aparılıb, 2007-ci ildə burada quruculuq işləri daha da genişləndirilib, ziyarətçilər üçün rahat şərait yaradılıb.
Sevda Əliyeva