“Balakən müəllimləri üçün videoçarxların hazırlanması mərkəzi layihəsi uğurla davam edir”
Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “Balakən müəllimləri üçün videoçarxların hazırlanması mərkəzi” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi rayon və kənd məktəblərində dərs deyən müəllimlərə tədrisdə istifadə olunan video – çarxların hazırlanmasını öyrətmək və onların gələcəkdə təhsilalanlara bu formatda tədrisin aparılmasına dəstək olmaq.
İlk öncə layihənin açılış mərasimi keçirildi. Daha sonra layihənin təlimlərində iştirak etmək istəyən müəllimlər yaradılmış link vasitəsi ilə qeydiyyatdan keçdilər. Qeydiyyatdan keçmiş müəllimlərdən 30 nəfər müəllim layihənin təlimlərində iştirak etmək hüququ qazandı.
Təlimlər ilk öncə Balakən rayon Qabaqçöl Qəsəbə ərazisində keçirildi. Burada Qabaqçöl məktəblərində təhsilverən müəllimlər 6 gün müddətində təlimlərdə iştirak edəcəklər. Daha sonra layihənin təlimlər Balakən rayon ərazisində keçiriləcək. Burada isə Balakən rayon məktəblərində dərs deyən müəllimlər iştirak edəcəklər. Balakən rayon ərazisində keçiriləcək təlimlərdə 6 gün müddətində keçiriləcək.
Ümumilikdə layihədə 30 nəfər müəllim iştirak edəcək. Layihənin davamlığında bu təlimlərdə iştirak etmiş müəllimlər gələcəkdə çalışdığı müəssisələrdə digər müəllimlərə bu proqramları öyrədərək onlarında tədrisində istifadə etməsinə dəstək olacaqlar.
264