Bu gün Balakən rayon polis şöbəsinin rəhbərliyi Balakən şəhidlərinin evində qonaq olub. Hər bir Şəhid ailəsini bayram münasibətilə təbrik edib, onların ailələrinə bayram hədiyyəsi təqdim olunub.
Bu diqqət və qayğı Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazovun şəhid ailələrinə olan diqqəti kimi qəbul edilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla bütün dövlət qurumları Şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Bunun bariz nümunəsi daha çox Daxili İşlər Nazirliyi tabeliyində olan qurumlarda görünür. Təkcə yola saldığımız bu ildə bizim saytımızda dəfələrlə Balakən polisinin Şəhid ailələrinə diqqət və qayğısından məqalələr yazılıb.
Ümumiyyətlə Vətən Müharibəsindən sonra Balakən rayon polis şöbəsinin rəhbərliyi, dəfələrlə Şəhid ailələrilə, Qazi, veteranlarla görüşüb onlara maddi-mənəvi dəstək olub. Bu addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazovun apardığı uğurlu siyasətinin bariz nümunəsidir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü