“Sədərək” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində “Şirniyyat” bazarında ümumi sahəsi 1700 kvadratmetr olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 kvadratmetr sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğın nəticəsində dörd nəfər tüstüdən yüngül zəhərlənib, bir nəfər yüngül bədən xəsarəti alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
390