• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasında “Neft Daşları” qəzetinin əməkdaşları ilə görüş keçirilib

18-01-2023, 19:30 | Baxılıb: 257
“Mətbuat Şurasında “Neft Daşları” qəzetinin əməkdaşları ilə görüş keçirilib


Bu gün Azərbaycan Mətbuat Şurasında “Neft Daşları” qəzetinin rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib. Görüş nəşrin 55 illik yubileyi münasibətilə təşkil olunub.

MŞ sədri Rəşad Məcid yubilyar qəzetin Azərbaycan mətbuat tarixində oynadığı rolun əhəmiyyətindən söz açıb. O bildirib ki, respublikamızın neft sanayesinin salnaməsini Neft Daşları kimi möcüzəvi məkanın timsalında yaratmış nəşr böyük inkişaf yolu keçib. MŞ sədri bu prosesdə, eyni zamanda, mətbuat orqanının ənənələrinin yaşadılmasında onun əməksevər zəhmətkeş kollektivinin böyük rolunun olduğunu vurğulayıb. R.Məcid “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayevi rəhbərlik etdiyi qurumun diplomu, əməkdaşları - Zahir Mehrəliyevi və Bəhruz Məmmədovu təşəkkürnaməsi ilə təltif edib.

Yubilyar qəzetin baş redaktoru Xeyrulla Ağayev onun tarixi barədə məlumat verib. O, Azərbaycan jurnalistikasında tanınmış bəzi imza sahiblərinin vaxtilə “Neft Daşları”nda fəaliyyət göstərdiklərini, burada püxtələşdiklərini diqqətə çatdırıb. X.Ağayev toplantının təşkilini görə və qəzetin əməkdaşlarının əməyinin qiymətləndirilməsinə görə təşəkkürünü bildirib.

“Neft Daşları” qəzetinin əməkdaşları – Zahir Mehrəliyev və Bəhruz Məmmədov çıxışlarında uzun müddətdir fəaliyyət göstərdikləri qəzeti əsl jurnalistika məktəbi kimi xarakterizə edib, xatirələrini dilə gətiriblər. Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Nail Rəhimzadə isə çıxışında bildirib ki, “Neft Daşları” jurnalistikanın müxtəlif janrlarının qorunub saxlanmasına xidmət etməklə yanaşı, habelə, istehsalat prosesinin yaradıcılığa gətirilməsi kimi çətin missiyanı yerinə yetirməsi ilə fərqlənir.

Görüşdə Azərbaycan jurnalistlərinin tarixi Neft Daşları şəhəri ilə tanışlığının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu xüsusda media nümayəndələrinin ora mütəmadi səfərlərinin təşkili onların neft sanayemizlə bağlı biliklərinin artırılmasına dəstək baxımından önə çəkilib.скачать dle 10.6фильмы бесплатно


257

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.