• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

25-01-2023, 16:00 | Baxılıb: 218
“Azərbaycan kibertəhlükəsizliklə bağlı beynəlxalq indeksdə 34 pillə irəliləyərək 52-ci yerə yüksəlib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir. Bu istiqamətdə zəruri fəaliyyətlərin həyata keçirilməsi və nəticədə əldə olunan uğurlar xüsusi önəmə malikdir.

Assosiasiyadan Diaspor info-ya bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətlər AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində Azərbaycanın qlobal mövqeyinin daha da yaxşılaşmasına səbəb olub. Nəticədə kibertəhlükəsizlik sahəsində 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin (National Cybersecurity Index - https://ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin indiyədək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstan 50-ci, Ermənistan isə 90-cı yerdədir.

Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi, kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kibertəhlükəsizliyin bütün sahələrdə inkişaf etdirilməsi, xüsusilə kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsinin ölkəmiz üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, həmçinin Azərbaycanda kibertəhlükəsizliklə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahənin inkişafına böyük önəm veriləcəyi dəfələrlə qeyd edilib. Kibertəhlükəsizliyin hər zaman Azərbaycanın gündəliyində olduğunu və bütün ölkələrin bu sahədə hazırlıqlı olmasını qeyd edən Prezident İlham Əliyev bu sahənin inkişafına yönəlik ciddi addımların atılması barədə müvafiq tapşırıqlar verib.

Bu yanaşma və kibertəhlükəsizliyin təmin edilməsi zərurəti bu gün Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində ən vacib çağırışlardan birinə çevrilib. Bu çağırışlara uyğun fəaliyyətlər bir sıra səlahiyyətli qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunmaqda və Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki potensialı inkişaf etdirilməkdədir.

Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:

1. Ümumi siyahı: https://ncsi.ega.ee/ncsi-index/

2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/

https://ncsi.ega.ee/country/az/?pdfReport=1скачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.