Bu gün bir sıra sayt və informasiya portallarında Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı xəbərlər yerləşdirilib. Lakin bu xəbər həqiqəti əks etdirmir.
Sərhədlərin tam açılması ilə bağlı məlumatı Türkiyənin Naxçıvandakı Baş Konsulluğu Diaspor info-ya təstiqləməyib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması nəzərə alınaraq, Naxçıvan qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşlarının 15 gündən bir öz avtomobilləri ilə Türkiyəyə giriş-çıxışına icazə verilir. Azərbaycanın başqa bölgələrində qeydiyyatda olan vətəndaşlarımız isə Türkiyədən Naxçıvana qayıdaraq öz yaşadıqları yerə gedə bilərlər. Ümumilikdə, sərhədin tam açılmasından söhbət getmir.
Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlayıb.
Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.