• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aromaterapiya ilə müalicə sağlamlığa və əhvali-ruhiyyəyə müsbət təsir göstərir

4-02-2023, 19:00 | Baxılıb: 283
“Aromaterapiya ilə müalicə sağlamlığa və əhvali-ruhiyyəyə müsbət təsir göstərir

Efir yağları ilə müalicə növü aromaterapiya adlanır. Efir yağlarının qoxusu emosiyaları, yaddaşı, hissləri və yuxunu tənzimləməyə kömək edir. Bitki cövhərlərindən əldə edilən həmin yağları hazırlamaq o qədər də asan deyil. Məsələn, 1 çay qaşığı qızılgül yağı əldə etmək üçün 5 min çiçəkdən istifadə olunur.

Diaspor info-nun məlumatına görə, həkim-fitoterapevt Elnur Eldaroğlu bildirib ki, aromaterapiya üsullarına efir yağları ilə masaj, vanna qəbulu, aromaterapik lampalar, şamlar və ətirli tüstülər daxildir. Məsələn, beyin fəaliyyətinə limon və çayağacı yağı yaxşı təsir edir. Oksigenlə zəngin olduğuna görə şam ağacı da beyin fəaliyyətinə və tənəffüs sisteminə faydalı təsir göstərir. Həmin yağların sağlamlığa da müsbət təsiri var.

Ofis şəraitində olduqlarına görə insanların təbiət enerjisinə daha çox ehtiyacı var. Bu baxımdan gül ətirləri insanı təbiətə daha çox yaxın edir. Onun dediyinə görə, aromaterapiyanın faydalı olması üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır: “Bir damcı ətrin təsiri maksimal dərəcədə səmərəli olur. Ona görə də belə təsəvvür yaranır ki, ondan çox istifadə etmək daha güclü təsir göstərər. Lakin həmin ətrin təsiri 20 dəqiqədən çox davam edərsə, baş gicəllənməsinə səbəb ola bilər. Ona görə də səmərəli və faydalı olması üçün ətirlərin miqdarına və vaxtına fikir vermək lazımdır. Ətirləri bədənin ayrı-ayrı nöqtələrinə çəkmək və aromaklondan istifadə etmək olar”.

Aromaterapiya ilə müalicə üsulunun əks-təsir göstərməməsi üçün hamilə qadınlar diqqətli olmalıdırlar. Həmin qoxular körpələrə mənfi təsir göstərə bilər. Buna görə də onun 12 yaşdan yuxarı uşaqlara tətbiq olunması məsləhətdir.

Həkim-fitoterapevt deyib: “Kəskin qoxular miqren baş ağrısı olanlarda ağrını qıcıqlandırır. Nərgiz gülünün ətri və sərt ədviyyatlar da buna səbəb ola bilər. Mentol və lavanda kimi ətirlərin qoxusu sinir sistemini tənzimləyir, qorxu və həyəcanı azaldır və beyinə müsbət təsir göstərir”.

Efir yağları ilə müalicə insan sağlamlığına və əhvali-ruhiyyəsinə müsbət təsir etməklə yanaşı, immuniteti möhkəmləndirir və zehni itiləşdirir, çünki həmin yağların tərkibində 300-ə qədər aktiv maddə var. Yağlar insan dərisi üçün də xeyirlidir.
скачать dle 10.6фильмы бесплатно


283

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.