• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Evi post, ailəsi şəxsi heyət olan şəhid Fuad İsmayılov

17-03-2023, 20:30 | Baxılıb: 46
“Evi post, ailəsi şəxsi heyət olan şəhid Fuad İsmayılov

Ata Murad İsmayılov: “Fuadın evi post, ailəsi tabeçiliyində olan şəxsi heyət idi. Yalnız məzuniyyət zamanı gələr, ailəsini görərdi. Amma hər gün mütləq vaxt edib zəng vurar, bizimlə danışardı. Bəzən ancaq gecə saatlarında vaxt tapardı, onda da zəng vurar, hal-əhval tutardı. Son danışığımız 2020-ci il oktyabrın 3-də oldu. Həmin gün çox sevincliydi, dedi, ata, hər şey çox yaxşıdı, hər şey əla olacaq. Ayın 4-də isə əlaqə saxlamaq heç cür mümkün olmadı. Bəlkə də, uzun müddətdə ilk dəfə idi ki, biz Fuadla bir günü əlaqə saxlamadan geridə qoyurduq. Deməli, həmin gün Fuad şəhidlik şərbətini içibmiş. Ayın 5-də isə qardaşım zəng vurdu. Müəllimlər Günü idi. Və həmin gün Fuadın mənə təbrik zəngini gözləyərkən qardaşım onun şəhidlik xəbərini çatdırdı...”.

Mayor Fuad İsmayılov ömrünün 13 ilini hərbi xidmətlə keçirdi. 1986-cı ilin 26 oktyabrında Kəngərli rayonunun Qıvraq qəsəbəsində başladığı ömür yolunu bir çox igid Vətən övladları kimi müqəddəs Qarabağ torpağının azadlığı uğrunda sonlandırdı... Hər bir insanın həyat amalı olur. Xüsusilə də qəhrəman xarakter və güclü iradə sahiblərinin həyatı bu amalla bağlı cərəyan edir. Fuad İsmayılovun həyat amalı isə Vətən torpağının azadlığa qovuşması uğrunda mübarizədən ibarət idi. Elə bu səbəbdən idi ki, o, hərb sənətini seçmişdi. Və elə bu səbəbdən idi ki, o, fəaliyyətinin böyük bir hissəsini torpaqlarımızın düşməndən azad olunacağı o müqəddəs günə hazırlaşmaqla keçirirdi. Kim bilir, ağlında neçə dəfə düşmənə hücumun planlarını da qurubmuş, neçə dəfə düşmənə sarsıdıcı zərbələr vurubmuş...

Fuad İsmayılovun məqsədi, həyat amalı tez, ən tez zamanda düşmən üzərinə hücuma keçmək, faşist təfəkkürlü düşməni darmadağın və məhv etmək üzərinə köklənmişdi. Bu qəhrəman Vətən övladı yalnız və yalnız bu haqda düşünür, müvafiq tapşırıqları alacaqları o günü səbirsizliklə gözləyirdi. Və bilirdi ki, o gün çox uzaqda deyil, mütləq gələcək. Buna görə də çox ciddi şəkildə hazırlaşırdı. Amma Fuad İsmayılov o günə yalnız özü hazırlaşmırdı. 2010-2014-cü illər və 2016- cı ildən sonrakı müddət ərzində təlim kurslarının tağım komandiri və sonra bölük komandiri kimi ordumuzun gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, daha sonra tabeliyində olan bütün şəxsi heyətin də gələcək müharibə üçün hazırlanmasında bilik və bacarıqlarını əsirgəmirdi.Artıq 2020-ci ilə gəlib çatanda Fuad İsmayılov Ağdamda yerləşən “N” hərbi hissədə Tabor komandiri kimi işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandanın müvafiq əmrini gözləməyə başladı. Və gözlənilən gün 2020-ci ilin sentyabrın 27-də gəldi. Genişmiqyaslı hərbi əməliyyatların başlanması və işğal altındakı əzəli torpaqlarımızda azadlığın təmin edilməsi göstərişini alan Azərbaycan ordusu düşmənə qarşı güclü əks-həmlə hücumuna başladı. Tariximizə Vətən müharibəsi kimi daxil olan və qəhrəmanlıqlarla müşayiət olunan 44 günlük hərbi əməliyyatlara, beləliklə, start verildi. Müharibənin ən çətin mərhələsi 30 ilə yaxın bir müddətdə hazırlanan və “keçilməz xətt” adlandırılan düşmən müdafiə xəttinin yarılması idi. Düşmənin “keçilməz” adlandırdığı müdafiə xəttinin yarılmasında isə Fuad İsmayılov və onun komandiri olduğu tabor böyük şücaət göstərdi. İlk hücumdaca düşmənin müdafiə xətti yarıldı, düşmən geri çəkildi, qaçmağa üz qoydu. Artıq ordumuzun önü açılmışdı. Qarabağ torpağı igid oğullarımızın yolunu gözləyirdi...

Fuad İsmayılov komandiri olduğu taborla birlikdə Qarabağ torpağının strateji əhəmiyyətli ərazilərindən və relyefi də olduqca mürəkkəb olan Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edirdi. İşğal altında olan torpaqları suvarma suyu ilə təmin etməsi baxımından müstəsna əhəmiyyətli Suqovuşanda düşmən buna görə də çox ciddi şəkildə müharibəyə hazırlaşmışdı. Amma ordumuz düşmənin bu istiqamətdə cəm olmuş dəstələrini darmadağın etməklə, Suqovuşanı azadlığa qovuşdura bildilər. Təəssüf ki, müharibə şəhidsiz olmur, qələbə itki olmadan əldə edilmir. Suqovuşanın azadlığa qovuşması istiqamətində gedən qanlı döyüşlərin birində həyatın bu qanunu bu dəfə Fuad İsmayılovla bağlı şəkildə özünü göstərdi. Döyüşlərin ən qanlı günlərindən birinin baş tutduğu oktyabrın 4-də Fuad İsmayılov şəhidlik şərbətini içərək adını dövlətimizin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdırdı...

Ömrünün 13 ilini Vətənə xidmətin ən ali məqamlarından olan hərb sənətinə həsr edən Fuad İsmayılov digər qəhrəman oğullarımız kimi xalqımızın ən böyük arzusu olan torpaqlarımızın azadlığını və orada üçrəngli bayrağımızın dalğalanmasını öz qanı və canı bahasına təmin etdi. Fuad İsmayılov bu müqəddəs amalda həm də ata vəsiyyətini və arzularını yerinə yetirmiş oldu...
Şəhidin qardaşı, ehtiyatda olan baş leytenant İltimas İsmayılov: “Fuad üç qardaş və bir bacının ən böyüyü kimi ailəmizdə dünyaya göz açmışdı. Atamız hələ biz kiçik olanda torpaqlarımızın işğalından, Xocalıda baş vermiş soyqırımdan və xalqımıza qarşı vəhşiliklə icra edilən digər qırğınlardan sonra övladlarını hərbçi kimi yetişdirməyi qərarlaşdırmışdı. Beləliklə, Fuad, mən və balaca qardaşım hərb sənətini seçdik. Atamıza ən bağlı övlad kimi Fuadsa torpaqlarımızın azadlığında şəxsən və birbaşa iştirak edərək ata vəsiyyətini yerinə yetirdi. Atasına olduqca bağlı olan Fuad elə müəllim olan atamızı da Müəllimlər Günündə öz şəhidliyi ilə qürurlandırdı”...

Bu gün İkinci Fəxri Xiyabanda qürurla yatan Fuad İsmayılovdan geriyə nümunəvi 34 illik ömür və 13 illik şərəfli hərbi xidmət qalır. Eyni zamanda çox sayda medallar, təltiflər bu qəhrəman Vətən övladının geriyə buraxdıqlarındandır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, Azərbaycan Silahlı Qüvəllərinin 90, 95 və Azərbaycan ordusunu 100 illik yubiley medalları, şəhadətə ucaldıqdan sonra isə “Vətən uğrunda”, “İgidliyə görə” medalları Fuad İsmayılovun qəhrəmanlıqlarla dolu zabitlik həyatının qürur səhifələrini təşkil edir...

Bu gün Fuad İsmayılov şəhadət şərbətini içsə də, onun ruhu şaddır. Çünki həyat amalına çevirdiyi torpaqlarımızın azadlıq məsələsi indi artıq öz həllini tapmışdır. Qarabağımızda, ətraf rayonlarımızda üçrəngli bayrağımız dalğalanır. Kim bilir, bəlkə də, Fuadın ruhu da işğaldan azad olunan torpaqlarda gəzir, uca zirvələrdən gözəl Qarabağımızın seyrinə dalmışdır...

Anar Qasımov

“Yeni həyat” qəzetiскачать dle 10.6фильмы бесплатно


46

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.