Bayram tədbiri “Sussex” Universitetində təhsil alan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan tələbələri tərəfindən təşkil edilib.
Bayram şənliyinə qatılan əcnəbi tələbələrə Novruz bayramının qədim ənənələri haqda məlumat verilib. Dünyanın bir çox ölkələrindən gəlib burda təhsil alan tələbələr, Novruz şirniyyatlarından dadıblar.
Tədbirin təşkilatçılarından biri, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu universitetdə magistr təhsili alan Kənan Məmmədov və eyni zamanda digər azərbaycanlı tələbə Mirvaqif Babayev bildiriblər ki, tədbir tələbələr tərəfindən maraqla qarşılanıb.Tədbirdə Azərbaycan musiqiləri və ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.