• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BŞİH-də yeni layihəyə başlanıldı

19-04-2023, 15:30 | Baxılıb: 261
“BŞİH-də yeni layihəyə başlanıldı

BŞİH-də yeni layihəyə başlanıldı

Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsinin - “Heydər Əliyev” kitabının nəşrinin həyata keçirilməsinə başlanılıb. Kitaba alimlərin, Ulu Öndərlə çalışan dövlət xadimləri, bir sıra tanınmış şəxslərin memuar elementləri ilə zəngin, elmi-bioqrafik məqalələri daxil ediləcəkdir.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən və Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş elmi-praktik konfransda deyilmişdir. Konfransda Ümummilli lider Heydər Əliyevin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər bildirildi, mövcud nailiyyətlərin əsaslarının yaradıcısı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif sahələrini əhatə edən mövzularında çıxışlar dinlənildi.
Tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd edib ki, “Heydər Əliyev” kitabı Bakı meriyası və Tarix İnstitutunun yeni layihəsidir. Kitaba Ümummilli liderin həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı alimlər, Ulu öndərlə birgə çalışmış dövlət xadimlərinin memuar xarakterli elmi-bioqrafik məqalələri daxil ediləcəkdir.
Eldar Əzizov bildirdi ki, bu gün Azərbaycan postsovet məkanında lider dövlətdir, ölkə başçısı cənab İlham Əliyevin dahi siyasəti sayəsində dünyada öz layiqli yerini tutur. Yadda saxlamaq lazımdır ki, bu siyasətin əsasını məhz Ulu öndər Heydər Əliyev qoyub və o bugünkü müasir, müstəqil Azərbaycanın yaradıcısıdır. Ulu öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi uğurla inkişaf etdirir.
Konfransda AMEA Tarix İntitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Ulu Öndər Heydər Əliyev: həyat və fəaliyyətinin tarixi dövrləri” mövzusunda, Milli Məclisin deputatı Aydın Hüseynov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda, Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Heydər Əliyevin güclü dövlət fəlsəfəsi və milli ideologiyası” mövzusunda, “Azərbaycan” qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynli “İnkişaf və Zəfər strategiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda, Milli Azərbaycan Tarixi muzeyinin elmi katibi, tarix elmləri doktoru Fərhad Cabbarov “Heydər Əliyevin irsində Qərbi Azərbaycan problemləri” mövzusunda çıxışlar edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə nəzər salıblar.



BŞİH-nin Mətbuat Xidmətiскачать dle 10.6фильмы бесплатно


261

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.