• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nizami rayonunda dəyirmi masa keçirilib

20-04-2023, 10:00 | Baxılıb: 262
“Nizami rayonunda dəyirmi masa keçirilib

Nizami rayonunda dəyirmi masa keçirilib Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 19 aprel 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı: İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda “WyndhamGardenBaku”da dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının,Dövlət Məşğulluq Agentliyinin, KOBİA-nın rəsmi nümayəndələri və sahibkarlar iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı:


Nizami rayonunda dəyirmi masa keçirilib


İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” adlı videoçarx nümayiş olunub. Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Respublikamızda kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmiş, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası yaradılmış, bu sahədə bir sıra dövlət proqramları qəbul olunmuş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi təşkil edilmişdir. Ulu Öndərin ölkəmizdə azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü tədbirlər öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır. Xüsusilə vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, sahibkarlığın inkişafına xidmət edən iqtisadi və sosial islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Tədbirdə həmçinin Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Sahibkarları Milli Konfederasiyasının üzvü, “TunaPrintingPublishing” şirkətinin təsisçisi Rəşid Çulaqov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, Azərbaycan Quş Əti və Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlivə "Bakı İnşaat Sənaye" ASC-nin direktoru Ramiz Əhmədov iqtisadiyyatın inkişafında sahibkarlığın rolu ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.скачать dle 10.6фильмы бесплатно


262

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.