• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qırx beş il əvvəl Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib

22-04-2023, 11:00 | Baxılıb: 230
“Qırx beş il əvvəl Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib

Ötən əsrin 60-cı illərinin sonunda kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğramış, 70-ci illərin əvvəllərində “inkişaf etmiş sosializm” cəmiyyəti üçün yeni Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmışdı.

Konstitusiya Məhkəməsindən Diaspor.info-ya verilən məlumata görə, konstitusiya layihəsi üzərində uzunmüddətli çalışmalardan sonra Sovetlər Birliyində yeni, sayca üçüncü Konstitusiya 1977-ci il oktyabrın 7-də qəbul edilib.

1978-ci il aprelin 21-də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib. Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. İlk dəfə olaraq bu Konstitusiyada preambula, siyasi sistem, sosial inkişaf və mədəniyyət, xarici siyasət fəaliyyəti və sosialist vətəninin müdafiəsi, xalq deputatının statusu kimi fəsillər nəzərdə tutuldu, ayrı-ayrı fəsillər bölmələrdə birləşdirildi. Xüsusilə qeyd etmək lazımdır ki, 1978-ci il Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Məhz Ümummilli Lider Heydər Əliyevin tələbi ilə bu Konstitusiyada dövlət dili kimi Azərbaycan dili müəyyən edilib. Konstitusiyanın 73-cü maddəsində deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”.

Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəsli daxilində müəyyən edilmişdi, yəni ona ayrıca, xüsusi önəm verilmirdi. Halbuki əvvəlki konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu. Bu da təbii ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi.1978-ci il Konstitusiyasında bütün hakimiyyətin xalqa məxsusluğu, dövlət hakimiyyətinin xalq tərəfindən siyasi sistemin əsasını təşkil edən sovetlər vasitəsilə həyata keçirilməsi kimi məsələlər öz əksini tapdı, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyətində müəyyən dəyişikliklər edildi.

Əsas Qanunda “bilavasitə demokratiyanın” yeni formaları – ümumxalq müzakirəsi və referendum, bir sıra yeni mülki hüquqlar, vəzifəli şəxslərin hərəkətlərindən şikayət vermək hüququ, şərəf və ləyaqətə qarşı qəsdlərdən məhkəmə müdafiəsi hüququ, dövlət və ictimai təşkilatların hərəkətlərini tənqid etmək hüququ, habelə sağlamlığın mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı kimi sosial hüquqlar təsbit olundu, hüquq və vəzifələrin “qırılmaz əlaqəsi” qeyd edildi.скачать dle 10.6фильмы бесплатно


230

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.