• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

24-04-2023, 17:00 | Baxılıb: 243
“Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə aprelin ikinci yarısında Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir.
Diaspor.info xəbər verir ki, əvvəlcə bu tədbir Avropa İmmunlaşdırma Həftəsi adlanırdı və müvafiq olaraq yalnız köhnə dünya ölkələrini əhatə edirdi. Lakin tədricən digər qitələr də həmin prosesə qoşuldular.

Həftə ictimaiyyətin diqqətini bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumaq üçün əsas profilaktik tədbirlərdən biri kimi immunizasiyaya cəlb etmək məqsədi daşıyır. ÜST ailələri uşaqlarının ölümcül xəstəliklərə qarşı peyvənd olunduğundan əmin olmağa çağırır.

Təşkilatın məlumatına görə, immunizasiya hər il difteriya, tetanoz, göy öskürək, qızılca, parotit və məxmərəkdən 2-3 milyon insanın ölümünə mane olur. Vaksini vaxtında alan uşaqların sayı da ÜST-nin səyləri və onun elan etdiyi İmmunlaşdırma Həftəsi sayəsində artır. Hər il dünyada 100 milyondan çox uşaq difteriya, tetanoz və göy öskürəyə qarşı peyvənd olunur. Məsələn, qızılca peyvəndi sayəsində 2000-2016-cı illər arasında dünyada həmin xəstəlikdən ölüm halları 84 faiz azalıb.

Bununla belə, 20 milyona yaxın uşaq hələ də lazımi peyvəndi almayıb. Onların demək olar ki, 70 faizi on ölkədə yaşayır: Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiya və Cənubi Afrika. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı, 2013-cü ildə təxminən 21,8 milyon südəmər körpə uşaq həyat üçün lazım olan peyvənd almayıb. Bunun səbəbləri qeyri-adekvat vaksin təchizatı, səhiyyə xidmətlərinə çıxışın olmaması, siyasi və maliyyə dəstəyin yetərsizliyidir.
Gələcəkdə belə halların baş verməməsi üçün ÜST İmmunlaşdırma Həftəsi çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirir, uşaqların və böyüklərin peyvəndlənməsini təşkil edir, müxtəlif ölkələrin nümayəndələrini məlumat və təcrübə mübadiləsinə dəvət edir. Beynəlxalq əməkdaşlıq əhalinin immunizasiya tempini sürətləndirməyə, insanların və regionların maksimum sayını əhatə etməyə imkan verir. Peyvəndləmə dünyanı ağuşuna alan COVID-19-la da mübarizədə öz faydasını verdi. Buna görə də ÜST beynəlxalq, regional, milli və yerli səviyyələrdə, dövlət və özəl sektorda və vətəndaş cəmiyyəti daxilində fəaliyyət göstərən insanları və təşkilatları Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlərin təşkilində və iştirakında daha fəal olmağa çağırır.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev aprelin 24-dən 29-na kimi respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin keçirilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

İmmunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.скачать dle 10.6фильмы бесплатно


243

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.