• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir

27-04-2023, 20:00 | Baxılıb: 240
“Valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideyn himayəsindən məhrum olan uşaqlar barədə məlumatı aldıqdan sonra 3 iş günü müddətində uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin qiymətləndirilməni həyata keçirəcək.

Diaspor.info xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı qərarlardan birini qəbul edir:

- uşağın ailəsinin olmamasını və ya ailədə qalmasının qeyri-mümkünlüyünü müəyyən etdikdə, onun yerləşdirilməsi barədə;

- uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 (on dörd) iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planının tərtibi barədə.

Ailə inkişaf planında uşağın valideyn himayəsindən məhrum olmasının səbəbləri, onların əhəmiyyətlilik dərəcəsi üzrə bölgüsü, bu səbəblərin aradan qaldırılması üsulları, ailə üçün zəruri hüquqi, sosial, tibbi, tibbi-psixoloji və məişət dəstək tədbirləri qeyd edilir.

Ailə inkişaf planının tərtibi və icrası müddətində uşağın öz ailəsində qalması onun həyatı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmədikdə və ya uşağın valideynləri ailə inkişaf planında nəzərdə tutulan tədbirlərin icrasından imtina etdikdə və yaxud uşağı tərbiyə etməkdən boyun qaçırdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ailə inkişaf planının icrasının dayandırılması və uşağın Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilməsi barədə qərar qəbul edə bilər.Uşağın valideynləri olmadıqda və ya valideynlərinə qaytarılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilk növbədə onun qəyyumluğa (himayəyə) verilməsi imkanlarının araşdırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal sorğu göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeyd olunan sorğu daxil olduqdan sonra 10 (on) iş günü müddətində araşdırma apararaq, uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olub-olmaması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olmadığı barədə məlumatı aldıqdan sonra 10 (on) iş günü müddətində uşağın himayədar ailəyə və ya övladlığa verilməsi, bu mümkün olmadıqda isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edir.

Bu Məcəllədə qeyd olunan uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəlləyə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Uşaq yerləşdirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşaqla bağlı ilkin qiymətləndirməni aparır.

Uşağın yerləşdirilməsi zamanı onun fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanları və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınmalıdır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar yerləşdirilənədək onlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.скачать dle 10.6фильмы бесплатно


240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.