• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın regional mərkəzləri autizmli şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirici tədbirlər keçirib

2-05-2023, 18:30 | Baxılıb: 236
“Ombudsmanın regional mərkəzləri autizmli şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirici tədbirlər keçirib

Ombudsmanın regional mərkəzləri autizmli şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirici tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Autizm maarifləndirmə ayı” çərçivəsində Ombudsmanın Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri tərəfindən “Autizm haqqında ictimaiyyətin məlumatlandırılması” və “Erkən aşkarlamanın faydaları” mövzularında hüquqi maarifləndirmə tədbirləri təşkil edilib. Tədbirlərdə dövlət qurumlarının əməkdaşları, autizm spektr pozuntusu (ASP) olan uşaqların valideynləri, tələbələr və fəal gənclər daxil olmaqla, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Maarifləndirmə tədbirləri zamanı 2 Aprel - Ümumdünya Autizm Məlumatlandırma Gününün yaranma tarixi, mahiyyəti, məqsədi, habelə autizmin erkən uşaqlıq dövründə başlaması, autizmin simptomları, səbəbləri və nevroloji aspektlərindən bəhs olunub. İştirakçılar Müvəkkilin əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi ilə yanaşı autizmli şəxslərin hüquqlarının qorunmasının diqqət mərkəzində saxlanıldığı, bu kateqoriyadan olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu məqsədlə Ombudsman ASP olan uşaqlarla bağlı dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsini, bu uşaqların vaxtında məktəbəqədər və ümumi təhsil almaları üçün regionlarda müvafiq təhsil müəssisələri və reabilitasiya mərkəzlərinin yaradılmasını, həmçinin ixtisaslı kadr hazırlığının gücləndirilməsini təklif edib.
Sonda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qərb Regional Mərkəzinin əməkdaşları autizm maarifləndirmə ayı çərçivəsində Heydər Əliyev Fondu və “Azergold” QSC-nin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə ASP-dən əziyyət çəkən şəxslərin fərdi inkişafına dəstək məqsədi ilə istifadəyə verilmiş Gəncə Autizm Mərkəzini də ziyarət ediblər.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.