Hər xalq öz keçmişini, tarixini bilməli, özünü tanımalı və əcdadlardan qalan mirası yaşatmalıdır. Türkçülük milliyyətçilik demək deyil. Özünü türk sayanlar kim olduqlarını, harada doğulduqlarını, tarixlərini mütləq bilməlidir.
Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Diaspor.info xəbər verir ki, Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü (Türkçülük Günü) Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.
Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı xatırlayaq və ucaldaq”.
1945-ci ilin martın 29-na kimi davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələrə məruz qalırlar. Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alırlar.unutmuruq”.
1920-ci il may ayının 3-də isə Mustafa Kamal Atatürk Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan SSR ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. 1921-ci ildə Azərbaycandan Türkiyəyə qardaş əli uzanır. Bu qardaş əllər heç vaxt biri-birindən qopmayacaq. Biz buna 44 günlük Vətən müharibəsində, Türkiyədə zəlzələ vaxtı bir daha əmin olduq.
Türkdilli ölkələrini bir araya gətirən Türk Dövlətləri Təşkilatı
Türkdilli dövlətləri bir araya gətirən Türk Dövlətləri Təşkilatı (keçmiş adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-red.) 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində təsis edilib. Əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyədir, müşahidəçi üzvləri isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var - İstanbul, Bakı və Astana. İstanbul qurumun ümumi katibliyinin, Bakı parlament assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.
Türkdilli ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri də il ərzində davamlı olaraq iclaslar keçirirlər. Bu il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.bağlı deyib: “Bir Azərbaycan vətəndaşı və türk olaraq Türk dünyasında dirçəliş, yaxınlaşma, get-gedə öz soyuna sahiblənmə prosesinin yüksəlməsini görmək məni xoşbəxt edir. Bu məsələdə Azərbaycanın rolu öz yerində, o cümlədən Ərdoğanın simasında Türkiyənin rolu inanılmaz dərəcədə böyükdür. Bu, hətta Türkiyə daxilində mədəni-mənəvi təbliğat səviyyəsində də hiss olunur”.
Çoxlarının fikrincə, ortaq türk tarixinin yazılması, ortaq türk dilinin olması Türk dünyasını daha həmrəy edə bilər. Hazırkı proseslərin gedişi onu deməyə imkan verir ki, yaxın zamanlarda bu məqsədə də nail olunacaq.