• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QƏBƏLƏ-OĞUZ RAYONLARINDA YENİ MEŞƏ ZOLAQLARI SALINIB.

17-05-2023, 09:25 | Baxılıb: 326
“QƏBƏLƏ-OĞUZ RAYONLARINDA YENİ MEŞƏ ZOLAQLARI SALINIB.

QƏBƏLƏ-OĞUZ RAYONLARINDA YENİ MEŞƏ ZOLAQLARI SALINIB.


ƏKRƏM BABAYEV İSTİ KABİNETİNİ SOYUQ SƏNGƏRƏ DƏYİŞƏRKƏN SAĞ QALACAĞINI BİLMİRDİ, ANCAQ BUNA BAXMAYARAQ HƏR İKİ QARABAĞ MÜHARİBƏSİNDƏ İŞTİRAK EDİB.

Bu gün dünyamız ekoloji terrorla üzləşib, desək yanılmarıq. Zavodlar, fabriklər, kimyəvi maddələr istehsal edən sexlər vəs. ekologiyamıza qənim kəsilənlərdir. Kimisi qara tüstü ilə aldığımız nəfəsi zəhərləyir, kimisi dənizə, suyundan içdiyimiz çaylara zəhərli maddələr buraxmaqla ekoloji terroru daha da, sürətlədir. Azərbaycanda bu problemlər vardır, ancaq dünyanın bir çox ölkələrində olduğu kimi dəhşətli deyildir. Bundan əlavə ağ ciyərlərimizin dostu olan meşələrimiz də, artıq çox ciddi qorunur. Bu gün meşə örtüklərinin qorunması sahəsində, hətta video nəzarət də, təşkil edilib ki, bu da ümumilikdə yaşıl örtüyün qorunmasına xidmət edir. Mən bu sahədə işləyən çox rəhbərlər tanımışam və bu gün də, tanıyıram. Keçmiş meşə idarə rəhbərləri arasında həbsə düşənlərini də, nazirliyə departament rəhbərinə qədər yüksələnini də gördüm. Ancaq bu gün onların arasında yeganə bir rəhbər tanıyıram ki, gördüyü işlər, əməlləri, hər biri Ekologiya və Təbii Sərvətlər nazirliyinə xidmət edir. Bu rəhbər Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayevdir. Əkrəm müəllim hər iki Qarabağ müharibəsi iştirakçısı və Birinci Qarabağ müharibəsinin qazisidir. Bəlkə də, ilk baxışda bu sözlər adi gələ bilər, ancaq Əkrəm Babayev isti otağını səngərə dəyişən ilk məmurdur. Bu gün meşə sahəsində də, hansı regionda çətinlik, problemlər vardırsa Əkrəm Babayevi orada görürük. Uzun illər Şimal-qərb bölgəsində fəaliyyət göstərdiyimə görə deyə bilərəm ki, bu zonanın işləmək üçün ən çətin rayonu Şəkidir. Elə meşə sahəsində də, bu çətinlik var idi, belə ki, Ekologiya və Təbii sərvətlər nazirinin birinci müavini şəkili olduğuna görə bəzən sui-istifadə halları baş verirdi. Bütün bunların qarşısını Əkrəm Babayev qətiyyətlə ala bilmişdir. Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzi ən çox direktoru dəyişilən region olması heç kimə sirr deyil, hətta əvvəlkilərdən həbs olunanlarda var. Deməli çox çətin regiondur, ancaq yenə də, Əkrəm müəllim buraya gəldiyi gündən hər şey öz axarı ilə getməyə başlayıb. Səhv etmirəmsə martın sonu idi, Qəbələ rayonunda olduğum vaxtı yerli sakinlərlə xeyli söhbət etdim. Belə nəticəyə gəldim ki, çox cidid əkinçiliklə məşğul olurlar. Yerli sakinlər deyirlər ki, Əkrəm müəllim gəldiyi gündən qanunsuz ağac kəsmək tamamilə dayandırılıb. Bu gün yeni meşə zolaqları salınır, həm də, bu kampaniyalarda rayon rəhbərləri başda olmaqla bir çox rəhbər işçilər də, iştirak edir. Qəbələ rayon Mıxlıqovaq kəndndə olarkən Afiq adlı kənd sakini dedi ki, əvvəllər buralaradan ancaq fıstıq ağaclarını qanunsuz kəsərək emal edən işbazlar kənd sakinlərinə göz verib, işıq vermirdilər. Bu gün hər kəs bilir ki, meşədən qanunsuz ağac kəsmək olmaz. Ona görə ki, bu sahəyə yeni rəhbər gəlib, işi ilə əməlləri vəhdət təşkil edir. Bu insan hər bir Şəhid ailəsinə diqqət göstərməyə də, vaxt tapır. Müharibədə qantuziya alan qazilərimizə də, vaxt ayırır və bununla bərabər yeni meşə zolaqlarının salınması ilə də, məşğuldur.
Afiq deyir ki, mən rəsmi dildə danışa bilmirəm, sən onların nazirinə mənim adımdan bir təşəkkür et. Bəli, həqiqətən də, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev cənablarına təşəkkür edirik. Belə kadrların sayı nə qədər çox olarsa sözügedən nazirliyin nüfuzu xalq arasında biraz da, artar. Əkrəm Babayevin keçdiyi həyat yoluna nəzər salsaq, onun ən şirin vaxtlarını, yəni cavanlıq yaşlarını yağı düşmənə qarşı səngərlərdə keçirdiyinin şahidi olarıq. Həqiqətən də, artilleriya atəşi, güllə yağışı altında, həm də illərlə döyüş meydanında can qoyan bir müdir, məmur barmaqla sayılası saydadır. Düşünürəm ki, belə məmurların sağlığında qədrini bilsək, gələcək nəsillərə də, örnək olar. Və Vətənin başını qara buludlar alan zaman vəzifəsindən asılı olmayaraq, Əkrəm kimi döyüşə atılanların sayı çox olar.
Cənab Nazir əgər bu gün Qəbələdən keçərkən, el arasında “Metrovka” deyilən qanunsuz kəsilən ağac dolu maşınlar əvəzinə, yeni meşə zolaqları salınması üçün ting dolu maşınlara rast gəliriksə, buna görə sizə minnətdarıq. Hörmətli Muxtar müəllim gördüyünüz işlər, atdığınız qətiyyətli addımlar, kadrların düzgün seçimi və bəhrəsi göz qabağındadır, buna görə sizə ayrıca minnətdarıq.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


326

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.