• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası təsdiqlənib

18-05-2023, 09:30 | Baxılıb: 225
“İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası təsdiqlənib

Nazirlər Kabineti “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib.
Diaspor.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” (Qayda) “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun (İşçi Qrup) tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (Milli Koordinator) yanında ictimai əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (Milli Fəaliyyət Planı) iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir.

İşçi Qrupun tərkibi

İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur.

İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.

İşçi Qrupun təşkili

İşçi Qrupun fərdi tərkibi bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında Milli Koordinator tərəfindən təsdiq edilir.İşçi Qrupa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi rəhbərlik edir.

İşçi Qrupun iclasları Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən rübdə bir dəfədən az olmayaraq çağırılır.

İşçi Qrupun iclaslarının gündəliyi Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən müəyyən edilir.

İşçi Qrupun iclaslarında onun üzvlərinin azı üçdə ikisi iştirak etməlidir.

İşçi Qrupun iclaslarında hazırlanan təkliflər sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, İşçi Qrupun rəhbərinin səsi həlledici hesab edilir.

İşçi Qrupun iclasları İşçi Qrupun rəhbərinin imzaladığı protokolla rəsmiləşdirilir.

İşçi Qrupun fəaliyyəti

İşçi Qrupun fəaliyyəti Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sisteminin yaradılmasından və bu qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsindən ibarətdir. Bununla əlaqədar İşçi Qrup aşağıdakı funksiyaları yerinə yetirir:

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətlərini əlaqələndirir;

Milli Fəaliyyət Planının icrası zamanı qarşıya çıxan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayır;

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında operativ qaydada məlumat və qarşılıqlı informasiya mübadiləsini təmin edir;

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında təcrübə mübadiləsini təmin edir;

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür.

İşçi Qrupun fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
скачать dle 10.6фильмы бесплатно


225

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.