• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin “Neft Daşları”na səfəri təşkil edilib

26-05-2023, 12:30 | Baxılıb: 237
“Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin “Neft Daşları”na səfəri təşkil edilib

“Neft Daşları” qəzetinin 55 illiyi ilə bağlı cari il yanvarın 18-də Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantıda Şuranın İdarə Heyətinin üzvlərinin “Neft Daşları” qəsəbəsinə səfəri ilə bağlı təşəbbüs səslənmişdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həmin təşəbbüsə həssas münasibət göstərib və nəzərdə tutulan səfər mayın 25-də təşkil edilib.
MŞ İdarə Heyətinin üzvlərini dünyanın səkkizinci möcüzəsi sayılan qəsəbədə “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov, müəssisəsinin rəhbər şəxsləri, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev və nəşrin əməkdaşı qarşılayıblar. Əvvəlcə buradakı təhlükəsizlik qaydaları ilə tanış olan İH üzvləri “Neft Daşları”nın keçmiş və indiki zamanını əks etdirən fotostendə və qəsəbə haqqında ümumi məlumatın əksini tapdığı məlumat lövhəsinə baxış keçiriblər.
Ulu Öndər Heydər Əliyevin qəsəbədəki abidəsinin ziyarət olunması ilə başlanmış səfər Heydər Əliyev muzeyi ilə tanışlıqla davam etdirilib. Muzeydə qonaqlara Ulu Öndərin “Neft Daşları”na verdiyi önəmin bariz nümunələrini əks etdirən materillar barədə ətraflı məlumat verilib. Ardınca “Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi ziyarət olunub. Abidə önündə əfsanəvi geoloqun fədakar fəaliyyətinin müxtəlif məqamlarının sadalanması qonaqlarda böyük maraq yaradıb.
Qonaqlar Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 17 neftçinin, həmçinin Xəzər dənizini fəth edərkən həyatını itirmiş neftçilərin xatirəsinə ucaldımış abidə komplekslərini ziyarət ediblər. “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya (Qəhrəman Neftçilər abidəsi), dünyada açıq dənizdə qazılmış ilk quyu (1 saylı quyu) ilə tanışlıq da təəssürat zənginliyi ilə yadda qalıb.
Heydər Əliyev muzeyində keçirilən görüşdə “Neft Daşları”nın Azərbaycanın neft sanayəsində oynadığı rol önə çəkilib, hazırda qəsəbədəki iş rejimi barədə məlumatlar verilib, qəhrəman neftçilərin fədakar əməyinin, yorulmaz fəaliyyətinin işıqlandırılmasında 55 illiyini qeyd etmiş “Neft Daşları” qəzetinin böyük ənənələr yaratdığı vurğulanıb. Görüşdə, eyni zamanda, “Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Ayrı-ayrı çıxışlarda səfərin təşkilinə göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə təşəkkür ifadə olunub.скачать dle 10.6фильмы бесплатно


237

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.