• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək

1-06-2023, 12:00 | Baxılıb: 203
“Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 09:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.
Xidmətdən Diaspor.info-ya bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41faizi), Qaxda 41 (aylıq normanın 40 faizi), Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi), Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 millimetr, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab, Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 millimetrədək olub.
Mayın 31-i saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 millimetr, saat 15:47-15:57 radələrində Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 millimetr, saat 16:54-16:56 radələrində isə Balakən rayonuna xırda dənəli dolu düşüb.
Mayın 31-də qərb küləyi arabir Ağdam, Göyçayda 28 metr/saniyə, İsmayıllıda 24 metr/saniyə, Zaqatala, Naxçıvan, Cəfərxan, Tovuz, Zərdabda 20 metr/saniyə, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Beyləqanda 16 metr/saniyə, Şərurda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
скачать dle 10.6фильмы бесплатно


203

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.