• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

2-06-2023, 10:30 | Baxılıb: 322
“Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.
Bu barədə Diaspor.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtaliya, Litva, Slovakiya, Ukrayna və Özbəkistan öz namizədliklərini irəli sürüb.Gərgin keçən seçkilərdə namizədliklərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv olan 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.
İcraiyyə Şurasının ickasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsvermədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək Azərbaycanın hər zaman olduğu kimi, bərabərliyə və ədalətli yanaşmaya üstünlük verəcəyini qeyd edib.
Agentlik sədri Azərbaycanın 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvü olmasından etibarən təşkilata üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini, gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə öz töhfəsini verəcəyini bildirib.
Fuad Nağıyev qlobal turizmin gələcəyinin zəruri tədbirlərin birgə həyata keçirilməsindən asılı olduğunu diqqətə çatdırıb.
İclasda Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov və Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно


322

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.