• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid test imtahanı keçiriləcək

6-06-2023, 22:00 | Baxılıb: 212
“Musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid test imtahanı keçiriləcək

İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçiriləcək.
DİM-dən Diaspor.info-ya bildirilib ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytındakı linkə daxil olaraq çap edə bilərlər.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, “ağıllı” saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. İmtahanda 1072 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 879 nəfər musiqi nəzəriyyəsi və solfecio, 113 nəfər harmoniya və solfecio, 80 nəfər isə həm musiqi nəzəriyyəsi və solfecio, həm də harmoniya və solfecio fənləri üzrə imtahanda iştirakı gözlənilir.
Harmoniya və solfecio fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahanın müddəti isə 1 saatdır. Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunur.
İmtahanın qiymətləndirməsi fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir. Doğru cavablandırılan cavabların sayı və qiymətləndirmə cədvəli ilə DİM-in saytında tanış olmaq olar.скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.