• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO

8-06-2023, 21:36 | Baxılıb: 2 505
““Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO

Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin “Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qıvraq qəsəbəsindəki abidəsinin və Şəhidlər Kompleksinin önünə gül dəstələri qoyulub.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Vətən müharibəsinə həsr olunan filmə baxış olub.

Təqdimat mərasimində yazıçı-jurnalist, kitabın müəllifi Əlmaniz Ələkbərli bildirib ki, Naxçıvan həmişə öz sərkərdələri, hərbçi-qəhrəmanları ilə seçilib. Vurğulanıb ki, istər birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində Kəngərli rayonunun qəhrəman oğulları öz şücaətləri ilə fərqləniblər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında yumruq kimi birləşən Vətən oğullarımız qəhrəmanlıq dastanı yazıblar. Müəllif torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən 63 Kəngərli şəhidi haqqında kitabda məlumatın öz əksini tapdığını diqqətə çatdırıb. Bildirib ki, şəhidlərimizin həyatı, uşaqlıq və gənclik illəri, şərəfli döyüş yolları və həmin məqamlara aid fotolar kitabın ayrı-ayrı fəsillərində özünə yer alıb.

Şəhid mayor Elbrus Əhmədovun atası Səmrəddin Əhmədov çıxışında kitabı qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsinə böyük töhfə kimi dəyərləndirib. Kitabın müəllifinə öz təşəkkürünü bildirən şəhid atası qeyd edib ki, biz hər bir şəhidimizin həyatını, döyüş yolunu öyrənməli, təbliğ etməli, xüsusilə, gənc nəslə tanıtmalıyıq. “Əldə etdiyimiz zəfər birdən-birə başa gəlməyib. Bir zabitin yetişməsi bir ata-ananın yuxusuz gecələri, intizarı, əzab-əziyyəti deməkdir”,- deyə Səmrəddin Əhmədov qeyd edib.

Daha sonra tədbirdə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış ediblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini dünyaya nümayiş etdirdi. Onlar vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan 63 Kəngərli şəhidinin döyüş yolunu özündə əks etdirən kitabı vətənpərvərlik nümunəsinin təcəssümü kimi dəyərləndiriblər. Vurğulanıb ki, dövlətimiz şəhid ailələrinə yüksək diqqət və qayğı göstərir. Təkcə ötən 10 ildə Naxçıvanda şəhid ailələrinə, qazilərə və digər imtiyazlı şəxslərə 120 mənzil, 280 minik avtomobili verilməsi deyilənlərin əyani nümunəsidir. Ərazi bütövlüyümüz də, böyük quruculuq meydanına çevrilən Qarabağ da, Zəngəzur dəhlizi də müzəffər Ali Baş Komandanımızın, onun cəsur zabit və əsgərlərinin, qəhrəman şəhid və qazilərimizin şah əsəridir.

Sonda “Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabı şəhid ailələrinə təqdim edilib.

“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO
“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub - VİDEO

İlham Vəliyevскачать dle 10.6фильмы бесплатно

2 505

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.