• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

16-06-2023, 14:30 | Baxılıb: 262
“Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

İyunun 14-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda müzakirə olunan birinci məsələ Milli Cəbhə Partiyasının “Qaynar.info” saytına qarşı şikayəti olub. Hər iki tərəfin təmsilçilərinin qatıldıqları müzakirələr gedişində məlum olub ki, saytın narazılıq doğurmuş materialında peşə prinsiplərinə zidd məqam yoxdur. Tərəflərə yaranmış anlaşılmaz duruma öz aralarında aydınlıq gətirmək tövsiyə olunub.
İclasda Ağstafa Regional Mədəniyyət İdarəsinin “Azad Azərbaycan” qəzetindən şikayətinə baxılıb. Bildirilib ki, narazılıq doğurmuş materialda ciddi ittihamlar yer alıb ki, buna görə qarşı tərəf kimi tənqid hədəfinin mövqeyinə də aydınlıq gətirilməsi vacib idi. Lakin qəzet bu tələbə məhəl qoymayıb. Materialda tənqid hədəfi seçilmiş tərəfin cavab haqqının tanınmaması isə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasıdır.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib


İclasda Bakı şəhər sakini Fəxrəddin Əlləzovun “Haqqın.az” saytına qarşı şikayəti də araşdırılıb. Məlum olub ki, şikayətçinin bütün diqqətə çatdırdığı məsələlər fonunda sözügedən saytla bağlı tədbir görülməsi baxımından irəli sürdüyü tələb Mətbuat Şurasının səlahiyyətləri xaricindədir.
İclasda müzakirə olunmuş sonuncu məsələ Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin rəhbərliyinin bu təhsil müəssisəsi ilə bağlı bir sıra saytlarda – “Turantv.az”, “Bakitv.az”, “Xeberim.info”, “Aktualinfo.org”, “Qaynarxett.az” və “Azerinfo.az” saytlarında yayımlanmış materiallarla əlaqədar şikayəti olub. Məlum olub ki, narazılıq doğurmuş materialların hamısında birtərəfli təqdimat var. Həmin materiallarda qarşı tərəf kimi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin cavab haqqı tanınmayıb və bu da “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulmasıdır.

Qeyd edək ki, Mətbuat Şurasının qərarları Şuranın presscouncil.az saytında yayımlanır.скачать dle 10.6фильмы бесплатно


262

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.