• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DİM musiqi sənəti üzrə ixtisaslara aid qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

19-06-2023, 09:30 | Baxılıb: 310
“DİM musiqi sənəti üzrə ixtisaslara aid qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

Abituriyentlər musiqi sənəti istiqaməti üzrə ixtisaslara daxil olan Musiqi ədəbiyyatı fənni üzrə keçiriləcək elektron imtahana buraxılış vərəqlərini çap edə bilərlər.


Bu barədə Diaspor.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, abituriyentlər iyunun 21-də Bakı şəhərində DİM-in Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) və Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin Konservatoriya korpusunda (Naxçıvan şəhəri, Universitet şəhərciyi) imtahan verəcəklər.
İmtahan saat 10:00-da başlanır. Abituriyent imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidir (abituriyentin şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər.Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.
İmtahanın müddəti 1 saatdır. İştirakçılara musiqi ədəbiyyatı fənni üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. 20 sual Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
İmtahanda 119 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. İmtahanın qiymətləndirilməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır. Doğru cavablandırılan tapşırıqların sayı və qiymətləndirilmə cədvəli ilə DİM-in saytında tanış olmaq olar.скачать dle 10.6фильмы бесплатно


310

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.