• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb

19-06-2023, 13:00 | Baxılıb: 245
“Xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edilib.
Agentlikdən Diaspor.info-ya verilən məlumata görə, əsas dəyişiklik 2 hissədən ibarətdir. Birinci dəyişikliyə görə proqramın müddəti 2024-cü ilədək uzadılıb. Bu o deməkdir ki, xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək.
Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq.
İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədilə agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.
Qiymətləndirmə zamanı həkim-mütəxəssisin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri nəzərə alınır. Həkim-mütəxəssisin altı aylıq müddət ərzində peşəkar fəaliyyəti üzrə yerinə yetirilməli olan göstəricilərə nümunə kimi bunlar qeyd edilə bilər: Cərrahi ixtisaslar üzrə icra edilən əməliyyat sayının 120-dən az olmaması; terapevtik ixtisaslar üzrə müayinə edilən pasiyent sayının 2 min 400-dən az olmaması; radioloq ixtisası üzə təhlil edilən nəticələrin sayının 1200-dən az olmaması; anestezioloq-reanimatoloq ixtisası üzrə iştirak edilən əməliyyat sayının 240-dan az olmaması və digər.Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6 min 500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5 min manatdan az olmamaq şərtilə müəyyən olunur. Müvafiq Qaydaya uyğun olaraq həkimlərin göstərdikləri tibbi xidmətlərin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələr yuxarıda qeyd olunan məbləğlərdən az olduqda belə həkim-mütəxəssislərə aylıq 6 min 500 və 5 min manat həvəsləndirici əlavələr ödənilir. Məsələn, proqram üzrə fəaliyyət göstərən ümumi-cərrahın hesablanmış aylıq həvəsləndirici əlavəsi 1000 manat təşkil etsə belə, ona 6 min 500 manat həvəsləndirici əlavə ödənilir.
Qaydaya uyğun olaraq həkim mütəxəssislərə işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 6 min 500 və 5 min manatdan çox olduqda isə yaranacaq fərqin maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına aparılır.скачать dle 10.6фильмы бесплатно


245

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.