• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağda biznes qurmaq istəyən sahibkarların 70 %-ə yaxını yerli biznes subyektidir

28-06-2023, 10:00 | Baxılıb: 294
“Qarabağda biznes qurmaq istəyən sahibkarların 70 %-ə yaxını yerli biznes subyektidir

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1 500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 %-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir.
Diaspor.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib: “Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir”.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həmçinin KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verib.
KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Agentlik tərəfindən təmin edilən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub", - məlumatda deyilir.Qeyd olunur ki, sahibkarlara vahid məkanda dövlət-biznes və biznes-biznes xidmətlərinin göstərildiyi KOB evlərinin sayı üçə çatıb, bu mərkəzlərdə biznes subyektlərinə göstərilən xidmətlərin sayı isə 300 mini keçib. Ölkənin digər iri şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə KOB evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən Agentliyin KOB dostları tərəfindən yeni KOB subyektlərinin yaranmasına və mövcud bizneslərin inkişafına, onların investisiya təşəbbüslərinin dəstəklənməsinə, sahibkar maraqlarının müdafiəsinə dövlət dəstəyi tədbirləri çərçivəsində dəstək göstərilir. İndiyədək KOB dostu mexanizmi çərçivəsində müxtəlif mövzularda 17 minə yaxın sahibkarın iştirakı ilə 370-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbirləri təşkil edilib.скачать dle 10.6фильмы бесплатно


294

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.