• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir

14-07-2023, 19:00 | Baxılıb: 252
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir

“Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
“Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı, 14 iyul

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 illiyi tamam olur. Bu yubiley tarixinin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi Konstitusiya Məhkəməsi üçün olduqca əlamətdardır.qəbul edilməsi müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri oldu. Belə ki, cəmiyyətin həyatının bir çox sahələrində dəyişikliklərə yol açaraq Konstitusiya insan hüquq və azadlıqlarının təminatı üçün əlverişli şərait yaratdı, ölkədə müasir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşmasında vacib addım oldu. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi xalqımızın suveren hüququ kimi təsbit edir. Bundan əlavə, Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, respublikamızda dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edir.münasibətilə müraciətində qeyd edib: “Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.
Konstitusiya Məhkəməsi Ulu Öndərin bu sözlərini hər zaman rəhbər tutur və üzərinə qoyulan bu vacib missiyanın öhdəsindən gəlməyə çalışır. Səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin əsas səlahiyyətləri Konstitusiyanın 130-cu maddəsində əksini tapıb. Qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin edir. Məhkəmə tərəfindən yoxlanılan norma məhz Əsas Qanunun hərfinə və ruhuna, o cümlədən onun təməl prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir
.azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından mühüm zəmin yaradıb. Müasir hüquq doktrinasında konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinin effektiv mexanizmi olaraq qəbul edilir və Əsas Qanunun aliliyinin təmin olunmasının səmərəli və etibarlı vasitələrindən biri qismində çıxış edir.
Ümumilikdə, Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi illərdə pozulmuş hüquq və azadlıqların bərpa edilməsinə yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil olan sorğu və müraciətlər əsasında qanunların və digər normativ hüquqi aktların düzgün anlamı və tətbiqinə dair rəsmi şərhlər və izahlar verib. Ötən 25 ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 545 qərar və 161 qərardad qəbul edilib. Bu qərar və qərardadların böyük hissəsi Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı olub.
Xüsusilə vurğulanmalıdır ki, 1998-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi fəaliyyətə başladıqdan sonra Ümummilli Lider Heydər Əliyev dövlət başçısı olaraq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququndan istifadə edib. Belə ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 29.1-ci maddəsinə şamil edilməsinə dair müvafiq şərhin verilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib. Bu sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 2000-ci il 28 avqust tarixli Qərarında qeyd edib ki, sorğuda qaldırılan məsələ seçkilərdə Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və təminatların bərqərar olunmasına yönəlib. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlib ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 29.1-ci maddəsinin müddəaları yalnız bu Qanunun qüvvəyə minməsindən sonra Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaranan və müvafiq icra hakimiyyəti orqanından müəyyənləşdirilmiş qeydiyyat şəhadətnaməsi alan siyasi partiyalara şamil edilir. Ulu Öndər Heydər Əliyevin sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət etməsi bizim Məhkəmə üçün olduqca əhəmiyyətli hadisə olmaqla, eyni zamanda milli qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib.etmək hüququndan məhrum edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilib ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.barəsində ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb, məruzələr dinlənilib. Bu cür beynəlxalq konfrans və tədbirlərin keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması baxımından əlverişli imkanlar yaradır, həmçinin məhkəmələr və beynəlxalq təşkilatlar arasında yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün universal bir platformadır.
Konstitusiya Məhkəməsi gənclər arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gənclərin hüquq mədəniyyətinin inkişafı, hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsaslarının və mahiyyətinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadaları keçirilir. Belə ki, 2022-ci ilin oktyabrında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında keçirilib. Eləcə də cari ilin fevral-mart aylarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda məktəblilər arasında və Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadaları təşkil edilib.Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır”.

Qazanılan şanlı Zəfər tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, sərkərdəlik məharəti, Ordumuzun qəhrəmanlığı və xalq-iqtidar birliyi, xalqımızın dövlətimizin başçısı ətrafında bir məqsəd naminə səfərbərliyi Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini təmin edən amillər idi. Bu Qələbə sayəsində dövlətimizin Əsas Qanunun hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, eyni zamanda, vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə bərpası üçün zəmin yarandı.Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.
Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib: “Beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”.
Müasir beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan ölkəmiz hər il mötəbər, beynəlxalq miqyaslı konfranslara, qlobal forumlara, zirvə görüşlərinə və digər mühüm tədbirlərə, ikitərəfli və çoxtərəfli görüşlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına layiqincə ev sahibliyi edir. Şübhəsiz ki, bu tədbirlər öz növbəsində Azərbaycanın zəngin tarixi və mədəni irsinin, multikultural dəyərlərinin təbliğinə şərait yaradaraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir.Bu cür yüksək nailiyyətlərin əldə edilməsi üçün dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, qətiyyəti, siyasi iradəsi, milli maraqlara əsaslanan daxili və xarici siyasəti sayəsində çox böyük və ciddi işlər görülüb və görülməkdədir. Əminliklə bildirmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək. Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, qanunçuluğun qorunması istiqamətində dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə daim çalışacaq.



Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədriскачать dle 10.6фильмы бесплатно


252

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.