• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib

18-07-2023, 10:00 | Baxılıb: 249
““Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib

“Azərpoçt” MMC növbəti yeniliyi marka buraxılışında həyata keçirib. Belə ki, 2023-cü ildən ənənəvi marka ilə yanaşı, “QR-kod”lu markaların da buraxılışına başlanılıb.
MMC-dən Diaspor.info-ya verilən məlumata görə, tətbiq imkan verir ki, haqqında daha geniş məlumat verilməsi istənilən mövzuya aid hansısa elektron mənbəyə “QR-kod” vasitəsilə keçid verilsin, bununla da informasiya axını daha geniş şəkildə təmin olunsun.
Azərbaycanda ilk dəfə olaraq bu təcrübə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev 100 il” poçt markasının buraxılışı zamanı tətbiq olunub. Ulu Öndər haqqında məlumatın geniş yayılması məqsədilə həmin markaya yerləşdirilmiş “QR-kod”a www.president.az saytında Heydər Əliyev haqqında ingilis dilində olan məlumata keçid verilib. Qeyd edək ki, “Heydər Əliyev 100 il” markası 300.000 tirajla Almaniyanın Federal Nəşriyyatı (Bundesdruckerei) tərəfindən dərc olunub.
Növbəti olaraq 2023-cü ildə buraxılmış “Avropa buraxılışı” və “Vinsent Van Qoq” adlı poçt markalarının üzərində tətbiq edilib. Sözügedən buraxılışlarda yerləşdirilmiş “QR-kod”lar istifadəçini Azərbaycan markalarına həsr olunmuş https://stamps.azerpost.az/az saytına yönəldir.
Poçt markasının kiçik olmasına baxmayaraq, onun əslində mühüm informasiya daşıyıcısı olduğunu nəzərə alaraq, “Azərpoçt” növbəti marka buraxılışlarında da bu yeniliyi tətbiq etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, son illər ərzində Azərbaycan poçt markalarına olan maraq artmaqdadır. Bu ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycan markaları dünya filatelistləri arasında məşhur marka satışı platforması olan WOPA+ üzərindən beynəlxalq filatelistlərə satılmaqdadır.

“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib
“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib
“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib
скачать dle 10.6фильмы бесплатно

249

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.