• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib

22-07-2023, 12:30 | Baxılıb: 215
“Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib


Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə Bakı şəhəri bu gün keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə abadlıq və yenidənqurma işləri geniş vüsət alıb, yeni yaradılan park və istirahət bağları onu daha da gözəlləşdirib, simasını dəyişib. Görülən işlər paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılmasında, təmizlik işlərinin daha da yüksəlməsində mühüm rol oynayır.
İsti yay günlərində park və yol kənarlarında ağac və yaşıllıqlara diqqətin daha da artırılması, dünyanın bir çox ölkələrindən paytaxtımıza gələn xarici turistlərin sayının xeyli artması ilə bağlı şəhərdə əlavə təmizlik işlərinin görülməsi, prospekt, küçə, həyət və məhəllələrin daha da gözəlləşdirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyul ayının 22-də paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.
Kommunal xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun əkilən yeni ağac, kol və güllərə, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Təmizlik işlərində obyektlərin əməkdaşları da fəallıq göstəriblər.
İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.скачать dle 10.6фильмы бесплатно


215

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.