• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib

27-07-2023, 17:30 | Baxılıb: 319
“Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib

Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib

“Radisson Baku” (“Park İnn”) hotelində yanğından mühafizə sistemləri sahəsində dünyanın tanınmış markası olan “Viking” və “Zetaş Yapı” şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə seminar keçirilib.
Tədbirdə Azərbaycanın tikinti sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, iş adamları və mühəndislər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən “Zetaş Yapı”nın təsisçisi Ramil Zeynalsoy tədbir iştirakçılarına şirkətin göstərdiyi yanğından mühafizə sistemləri və mühəndislik xidmətləri haqqında məlumat verib. Bildirib ki, baş ofisi Ankarada yerləşən şirkətin Azərbaycanda, Gürcüstanda və Polşada ofisləri fəaliyyət göstərir. Yanğından mühafizə sistemləri üzrə ixtisaslaşmış mühəndislik firması olan “Zetaş” şirkətinin məqsədi tikinti sektorunda layihələrin xərclərini azaldacaq və onlara əlavə dəyər yaradacaq mühəndislik həlli yollarını təqdim etməkdir. Şirkət aktiv sulu söndürmə, köpüklü söndürmə, qazlı söndürmə, yeni texnologiya olan su sisi vasitəsilə söndürmə, yanğın detektorları, alqılama və siqnalizasiya xidmətləri göstərir, bu xidmətləri “Viking” markasının məhsullarını istifadə etməklə həyata keçirir.
“Zetaş”ın təqdim etdiyi digər həll yolları yanğın pompası və hidrolik hesabları, passiv yanğın durdurucu sistemlər, metal konstruksiya sistemlərini yanğına qarşı izolyasiya edən boyalar, yanğına davamlı silikon və sement tərkibli materiallar, bu sistemlərin mühəndislik, layihələndirmə və quraşdırma xidmətləri daxildir. Qısası, neft-qaz sahəsində, sənaye müəssisələrində, xəstəxanalarda, hotellərdə, alış-veriş mərkəzlərində və hava limanlarında istifadə olunan yanğından mühafizə sistemləri şirkətin xidmət portfelində mövcuddur. Azərbaycanda indiyədək şirkətin yer aldığı ən böyük layihələrə misal olaraq Mərkəz Bankı, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərikimya” Zavodu, Vergilər Nazirliyi, “Port Baku Tower 2”, “Crescent” və “Baku Tower” layihələri, Füzuli və Zəngilan hava limanlarını göstərmək olar.
“Viking” şirkətinin Türkiyə və region üzrə müdiri Nihat Yıldırım çıxışında yanğından mühafizə sistemlərinin insan həyatının və ətraf mühitin qorunmasındakı önəmindən bəhs edib, bu sahədə xidmət göstərən firmaların professional və sertifikatlaşdırılmış olmasının vacibliyini vurğulayıb.
“Viking” şirkətinin region üzrə texniki işlər müdiri Yusuf Arslan Azərbaycanda həyata keçirilən layihələrin yanğından mühafizə sistemlərinin beynəlxalq standartlara uyğunluğu, bu sahədəki texnoloji yeniliklər, mühafizə sistemlərinin müxtəlif sahələri və onlardan istifadə qaydaları haqqında məlumat verib.

Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib
Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib
Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib
Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib
скачать dle 10.6фильмы бесплатно

319

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.