• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“AGERPRES” agentliyi dahi Azərbaycan şairi Molla Pənah Vaqif barədə məqalə yayıb

2-08-2023, 12:30 | Baxılıb: 236
““AGERPRES” agentliyi dahi Azərbaycan şairi Molla Pənah Vaqif barədə məqalə yayıb

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vaqif – Azərbaycanın XVIII əsr şairi, siyasi və ictimai xadimi” sərlövhəli məqaləsini dərc edib.
Diaspor info xəbər verir ki, məqalədə görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur. Şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixinə, ədəbiyyatda bədii obrazına və Azərbaycan ədəbi dilinin formalaşmasındakı roluna da toxunulur.
Vaqifin bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verdiyini qeyd edən səfir Azərbaycan şeirinin Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayıb.Diplomat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə, bütövlükdə dövlət səviyyəsində Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin və qiymətin bariz nümunəsi, parlaq ifadəsidir.Yazıda Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də təntənəli açılışı olan Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin şəhər işğal olunduqdan sonra erməni silahlıları tərəfindən vandalizmə məruz qaldığı və dağıdıldığı diqqətə çatdırılır.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirildiyi vurğulanır.
Qeyd olunub ki, müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən məqbərə bərpa olunub.
Eyni zamanda, qeyd olunub ki, 2021-ci il avqustun 30-da məqbərənin önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə kimi yadda qalıb.Həmçinin 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinin qeyd edilməsi və onun adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na salınması bu qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü olduğu vurğulanıb.Yazıda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bu il iyulun 14-15-də Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilib.Sonda diplomat qeyd edir ki, işğal illərində xarabalığa çevrilən Şuşa şəhəri indi ikinci baharını yaşayır. Şəhərin infrastrukturu, tarixi mərkəzi, tikililər, küçələr, milli və dini əhəmiyyətli obyektlər bərpa olunur, bütün bunlar böyük şair Vaqifin ruhunu şad edir.скачать dle 10.6фильмы бесплатно


236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.