• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Lənkəran şəhərində "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda tədbir keçirildi

9-08-2023, 19:30 | Baxılıb: 384
“Lənkəran şəhərində

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihəsinin ilk tədbiri Lənkəran şəhərində baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Natiq daha sonra qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Layihənin eksperti G.Hacıyeva çıxışına davam edərək bildirib ki, “Mədəni irs” dedikdə, pul və ya mülk deyil, mədəniyyət, dəyərlər ve adət-ənənələrdən danışılır. Mədəni irs, paylaşılan bir əlaqə, bir topluluğa aid olma anlamına gəlir. Tariximizi ve kimliyimizi; keçmişlə, bugünümüzlə ve gələcəklə olan əlaqəmizi təmsil edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamladıqdan sonra çıxış edərək bildirib ki, bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin rəisi Yusif Hüseynov da öz növbəsində bildirdi ki, mədəni irsə malik olmaq hər bir xalqın toxunulmaz hüququdur. Azərbaycanlı milli mənlik şüurunun və ləyaqət hisslərinin tükənməz mənbəyi bizim qədim və zəngin mədəni irsimizdir.

Lənkəran şəhərində "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda tədbir keçirildi



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Lənkəran rayonu üzrə baş mütəxəssisi Rauf Salayev çıxışında Lənkəran rayon ərazisində olan tarix və mədəniyyət abidələri haqqında geniş məlumat verib. Tarix və mədəniyyət abidələrinin qorunmasına dövlətin təminat verməsi, elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılması, fəaliyyəti və inkişafını təmin etməsi, abidələrdən səmərəli istifadə üçün şərait yaradılması barədənatiq çıxış edib.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihənin əsas məqsədi mədəni irs nümunələrimizə cəmiyyətin daha həssas yanaşaraq onların qorunması, öyrənilməsi və tanıdılmasında yaxından iştirak etmək və bütün bunları hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır. Təşkilatın sədri çıxışına davam edərək bildirib ki, təşkilatımızın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini apararaq Azərbaycanın tarixən zəngin olan mədəni irsinin qorunmasında geniş fəaliyyəti olan bir ölkə olduğunu yerli və beynəlxalq ictimaiyyətə təbliğ etməkdir.
Tədbirdə çıxış edən natiqlər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyətinin inkişaf etdirilməsində və dünyada tanıdılmasında əvəzisz xidmətlərindən danışıb. Eyni zamanda günümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi yüzlərlə layihələr həyata keçiridiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

скачать dle 10.6фильмы бесплатно


384

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.