• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dövlət orqanlarında vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə dəyişiklik edilib

11-08-2023, 11:00 | Baxılıb: 287
“Dövlət orqanlarında vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə dəyişiklik edilib

1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə dəyişiklik edilib.
Diaspor info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə aşağıdakı yarımbəndlər əlavə edilib:

Aparat rəhbəri

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 5 il qulluq stajı və yaxud 8 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

Aparat rəhbərinin müavini

Təhsilə dair tələblər: ali təhsil;
edilən dövlət orqanları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı.

2-ci kateqoriya dövlət orqanları - əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı.3-cü kateqoriya dövlət orqanları - əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Bakı şəhər prokurorluğu.

4-cü kateqoriya dövlət orqanları - əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları.

5-ci kateqoriya dövlət orqanları - əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri.скачать dle 10.6фильмы бесплатно


287

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.