DÜNYA ŞÖHRƏTLİ YAZIÇI ÇİNGİZ ABDULLAYEV ALYANSIN SƏDRİNİ TƏBRİK ETDİ.
Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov doğum gününü qeyd edib. Bu münasibətlə onu Ukrayna və Azərbaycandan bir çox sahələrdə tanınmış ziyalılar təbrik edib. Ukrayna Yazıçılar Birliyinin sədri, bir çox diaspor təşkilat rəhbərləri Elmar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik ediblər. Onun iki qardaş dövlət, xalqlar arasında yaradılan dostluq münasibətlərində çox aktiv olduğu vurğulanıb. Bundan əlavə Elmar Məmmədovu Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev də təbrik edib. Çingiz Abdullayev Elmar müəllimin xalqlar arasında yaradılan dostluğun möhkəmlənməsi üçün etdiyi fədakarlığı yüksək qiymətləndirib. Ona möhkəm can sağlığı və uzun ömür arzulayıb.
Diaspor.info Bakı.
397