Bu gün Balakən rayon MKS-NİN oxu zalında Azərbaycan kənd Qadınları Assosiasiyasının yaradıcılarından biri olan Meysarat Qaysayeva ilə görüş keçirilib.
Meysarat Qaysayeva Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan bir Xanımdır. Uzun illər Dövlət qulluqçusu kimi dövlətə sədaqətlə xidmət edən Meysarat Xanım Kənd Qadınları Assosiasiyasını yaratmaqla bir çox evdar xanımlara yeni iş yeri açaraq, rayonda ilkə imza atıb.
Tədbirdə Balakən rayon MKS-NİN kollektivi, rayon ziyalıları, Şəhid anaları da iştirak edib. Bundan əlavə tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Şimal Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli də iştirak edib.
204