• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ümidi Fısıldayan Payız

17-09-2023, 21:00 | Baxılıb: 85
“Ümidi Fısıldayan Payız

Qulaqcıqlarını taxıb meşəyə doğru addımladı gənc qız.Uzun zaman idi özünü tapmağa, gerçəkdə kim olduğunu anlamağa çalışırdı.Durmadan səyahət edir, film izləyir, kitab oxuyub, psixoloqu ilə dərdləşirdi.Bütün bunları etməkdə məqsədi getdiyi hər yolun onu özünə aparacağına inanması idi.Amma yenə də əskik olan bir şeylər vardı.Bir neçə gün öncə fərqinə varmışdı ki, artıq aylardı hekayə yazmırdı.Durmadan özünü axtararkən özünə ən yaxın olduğu anları yəni, yazmağı unutmuşdu.Nə zaman əlinə qələm və kağız alsa ruhunun ən dərinlərinə enirdi.Daxilində ən içlərdə olan xəyallarını, qorxularını və yaralarını təsvir edirdi hər dəfə.Yaratdığı hər obraz həm bambaşqa biri, həm də hər yönü ilə özü idi.Çünki hər birimiz əslində tanıdığımız və ya tanımadığımız insanlardan parçalar daşıyırıq özümüzdə.Deyəsən, bunun fərqinə varmaq onun yazma eşqini kölgələmişdi.Nəticədə onun obrazları bənzərsiz və özlərinə xas deyildilər artıq.Bu düşüncə hekayələrinin bütün sehrini pozmuşdu.
Daha öncələri özünü ifadə edə bilmədiyindən rəngarəng dünyasını obrazlarının timsalında təsvir edirdi.İndi isə duyğularını göstərməyi öyrənmişdi, artıq daxilində toplanmırdı düşüncələr.Hal belə olunca kağızlara tökəcək bir şey qalmırdı.Bu bir növ bütün həyəcanını xarici dünyaya verib daxilini yorucu fikirlərdən uzaq tutma şəkli idi onun.
Bugün meşəyə getmə səbəbi də məhz bu idi; itirdiyi həvəs və həyəcanını bərpa etmək.Çünki təbiət daima bütün hekayələrinin ilham mənbəyi idi gənc qızın..Bulud tək dolu gözləri və içi yerli bazarlar kimi gurultulu düşüncələri ilə bir qədər meşədə gəzişdi.Playlistindəki duyğusal mahnılar da sanki onun əhval ruhiyyəsini daha çox aşağı çəkirdi.
İçində olduğu düşüncələri uğurlama zamanı gəlmişdi artıq.Tam telefonu əlinə alıb musiqini dayandırıb geri dönməyi düşünürdü ki, “sia-courage to change” mahnısı başladı.Bu mahnını hədsiz çox sevirdi və uzun zamandır dinləmirdi.Telefonunu səssizcə qəhvəyi paltosunun cibinə qoydu.Üzündə kiçik bir təbəssümlə dərin nəfəs aldı.Bunları edərkən Göyüzünə baxırdı.Hava boz buludlu olsa belə axtardığı daxili hüzur orda idi.Göyüzünə baxmaq içini göyqurşağı tək rəngarəng etmişdi yenidən.Payız yarpaqları arasında fərqində olmadan musiqinin ritminə uyğun olduğu yrdə öz ətrafında dönməyə başladı..Orda idi..Təbiətin ruhunu duyurdu, ana təslim olmuşdu.Hüzurlu idi, xoşbəxt idi..Sia “gerçək məni görməyinə icazə verməkdən qorxuram” sözlərini səsləndirirdi.Həqiqətən kimdən gizləyirdi ruhunu?Gərək vardımı özünü gizləməyə? Ehmalca əsən külək saçını oxşayırdı.Gözləri hələ də qapalı idi.Ara-sıra ömrünü tamamlamış son bahar yarpaqları əlinə toxunurdu.Eyni ilə mahnıdaki kimi “You are not alone in all this.You are not alone, I promise..”- Sən bütün bunlarda tək deyilsən.Sən tək deyilsən söz verirəm, deyirdi sanki təbiət ona.
Musiqinin son notları çalınarkən üzünü isladan yağmur damlaları ilə gözlərini açdı gənc qız.Evə dönmə vaxtı idi..Yağış şiddətini artırdıqca gənc qızın addımları daha çox yavaşlayırdı..Bu anı ruhunun ən dərinlərinə qazımaq istəyirdi çünki..Belə də etdi..Anda qaldı.Qaçmadı.Özündən utanmadı.Gizlənmə gərəyi duymadı.Bir saat sonra evində idi..Saçları və paltarı tamamilə islanmış, zərif əlləri soyuqdan buz kəsmişdi..Bunun qarşılığında gözlərində sevgi ilə parlayan ulduzlar, qəlbində imisti bir günəş və ruhunda okeanları anımsadan dərin sonsuz həyəcan vardı..İslanmış paltarını dəyişib isti çayını yudumlayırdı artıq..Digər yandan da əlində qələm yeni heakəyəsini tökürdü bəyaz vərəqə..Xəyalları yeni limanlara yelkən alarkən bu hekayə onun sonsuzluğu olacaqdı.O an qız bunun fərqində deyildi , amma kainat onun mükafatını çoxdan hazırlamışdı..
Ruhunun kor olmasına icazə verməyən və çöldəki fəsildən asılı olmadan qəlbində baharı daşıyan zərif obrazlara ithafən...скачать dle 10.6фильмы бесплатно


85

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.