Pəncərəyə düşən yağış damlalarının səsi onu, dərin düşüncələrə qərq olmasına səbəb olmuşdu.Divardan asılı köhnə saatın qulağında çınlaması ürək döyüntüləri ilə yarışırdı sanki.Yaşadığı bu həyatı düşündükcə,onu var edən Tanrıya minnətdarlığını bildirirdi.Duaları ,gözyaşının qılığına girərək,yanaqlarından süzülürdü.Ayaq basdığı bu ölkə günü-gündən inkişaf pillələrinə qədəm basırdı.Bu ölkədə yaşayan insanların belə, baxış tərzi fərqli idi artıq.Küçələrdə süpürgəçi qadınların olmaması,milliyyətçə fars olan uşaqların dilənmək üçün asfalt üzərində yox, təhsil almaq üçün məktəbdə masa arxasında əyləşməsi,Kitab mağazalarının gözəllik salonundan çox olması,əvvəllər şəhərdə içində insanların dolu olan avtobusların olmaması,binalarda,küçələrdə,parklarda asılan üç rəngli bayraqlar,yeni metro adları,telekanallarda daha yaxşı verlişlərin və filmlərin olması,müğənnilərin kostyum geyinməsi,pulsuz təhsilin olması,rüşvətxor məmurların izinin belə görünməməsi,bütün ucqar kəndlərin qaz və işıqla təmin olunması,əsgərliyə on səkkiz yox ,iyirmi yaşı tamam olmuş gənclərin çağırılması,ölkədə varlı və kasıb təbəqənin olmaması .Bir sözlə hərkəsin xəyal etdiyi bir hakimiyyət qurulmuşdu.Hüceyrələri beynini daha dərindən düşünməyə vadar edərkən,on beş il əvvəl baş verən hadisələri xatırladı.Hansı ki,Azərbaycanın tarixində baş verən o hadisə,gözyaşlarının daha da sürətli axmasına səbəb olurdu.O vaxtlarda iyirmi yaşında olmasına baxmayaraq,yaşanan olayları hər incəliyinə kimi xatırlayırdı.Gənc yaşında olarkən,qaçmaq istədiyi bu ölkədən bir addım belə atmamağa səbəb olan o hadisə nə idi axı? O zaman daha fərqli oxuyardı içində “vətən” adı keçən şeirləri.Milli musiqilərimiz daha gözəl səslənirdi.Ana dilimizin necə də gözəl olduğunu dərk edirdi.Ana demişkən,bütün qadınları öz anası olaraq görürdü o günlərdə.Küçələrdən keçən qaşqabaqlı insanlaın üzündə bütün çarəsizliklərin,sıxıntıların içində ümid işığını seçə bilirdi.Bu olanlara tək səbəb “Qələbə” hadisəsi idi.Bəs bu necə başlamışdı?
İL 2020
“ 27 sentyabr 2020 –ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar,artilleriya qurğularından intensiv atəşə tutması nəticəsinə,Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq ,mülkü əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücm əməliyyatı başlaması barədə qərar verildi.Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və ikinci Qarabağ müharibəsinə çevrilmişdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir”. Bizim qələbəmizi təsdiq edən bu yazılar dünyanın bütün nöqtələrində yer almaqda idi. Bu müddət ərzində xalqın, bir yumuruq olması zəfərin başımıza gələcək ən gözəl hadisə olduğunu vurğulayırdı.Milliyətindən asılı olmayaraq bu torpaqda böyüyən oğulların bir hədəfi var idi.Qarabağı geri almaq! Bu torpaq uğrunda illərlə neçə igid canını ortaya qoymuşdu.Bu torpaqda uşaqların səsi,anaların fəryadı həkk olunmuşdu.Bu torpaq bizim mədəniyyətimizin beşiyi idi.Nə zamana kimi,qanadı qırılmış qartal göyüzündə azadlığa doğru yüksələcəkdi? Bu qanadı yenidən sağaltmaq borcumuz idi.Biz bu borcu geri qaytardıq.Artıq o qartal azadlığını qeyd edirdi səmada.Düşmənlərinə isə, necə güclü bir caynağa malik olduğunu göstərmişdi.Kimlər idi bu qələbəni qazananlar? Hərkəs! Bu zəfərə bütün xalq sayəsində nail olmuşduq.Mən səngərdə canı fədasına savaşan oğulları da gördüm,aldığı 120 manat təqaüdü orduya bağışlayan qocalarıda.Mən,səhərə kimi durmadan əsgərlər üçün yemək hazırlayan qadınları da gördüm,cəbhədəki igidlər üşüməsin deyə isti geyimlər göndərən gəncləridə.Mən əsgərlərə məktub yazan uşaqları da gördüm,düşmənlə savaşaraq əsgərlərimiz sağaltan həkimləri də.Mən birlik gördüm!Mən insanlıq gördüm!Mən sevinc gördüm!Mən xalq gördüm!Mən kədər gördüm!Mən azadlıq gördüm!Mən şəhid gördüm! Bizə qələbəni bəxş edən əsas şəxsləri gördüm.Qanları ilə tarix yazan şəhidlərimiz qürur mənbəyimiz oldu.Verdiyimiz şəhidlər baş tacımız oldu.Əlbəttə ki torpaq,bugünümüzün ,sabahımızın,bütövlüyümüzün uğrunda canını fəda edənlərin sayəsində Vətən olur.Bu gün hər bir vətəndaş “Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğulları tanımalı,onların əziz xatirələrini yad etməlidirlər.Şəhidlərimiz hər an bizim qəlbimizdədir,onlar ürəklərdə yaşayıb,yaşayır və yaşayacaq!.
CƏBRAYIL DÖVLƏTZADƏ
( 11.9.2001-28.9.2020 )
Əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq könüllü döyüşlərə qatılmaq istədiyini bildirib.Cəbrayıl 10- a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, qisasını aldığı general Polad Həşimovun məzarının yanında dəfn olunub.
Hekayəsi.
Ocağın qığılcımlarına baxaraq ,sabahın açılmasını səbrsizliklə gözləyirdi.Sanki hiss edirdi gedəcəyi yolun qürurlu olduğunu.
- Dövlətzadə! Xəbərin var bu şərəfsiz Paşinyan nə deyib ? -əsgər Muradov gülərək dedi.
- Nə deyib ? -əlindəki çörək parçasını balıq konservasına batırdı.
- Guya bizə bir metr belə torpaq verməcəklər...-Muradov bu dəfə ucadan qəhqəhə atdı.
- Balıqlarla insanlar arasındakı oxşarlıq bilirsən nədir Muradov?- yoldaşına tərəf dönərək səssizcə dedi.
- Nədir?
- İkisi də ağzını boş yerə açdıqda,başına bir iş gəlir.Görünür Paşinyan da bunun fərqindədir.Qaldı ki,o torpaqlar həmişə bizim olub.Hansı torpağı verməməkdən danışır? artıq əvvəlki duyğulu baxışları nifrət hissi ilə alışıb yanırdı.Bu o qədər güclü bir nifrət idi ki,bütün düşmənlərə qan udduracaqdı.
Cəbrayıl o gecə sadəcə düşməndən intiqam almağı düşünürdü.İntiqam,insanları hərəkətə gətirən güclü bir hiss idi.Bu gecə özü də hiss edirdi bədənində dolaşan bu gücü.Ona kənardan baxanlar isə,onu 19 yaşlı bir
oğlan olaraq görürdülər.Biraz səssiz birisi idi.Bu vətənə olan sevgisini yalnız döyüş meydanında göstərə bilərdi.
Saat 5:00 da bütün heyət artıq bir yerə toplaşmışdı.Onların arasında yaşca balaca olan Cəbrayıl idi.Gecəni quru torpağın üstündə keçirsədə,səliqəli görsənməyi ehmal etməmişdi.Son dəfə əyilib botinkasının iplərini möhkəmcə bağladı.Bu zaman qrup komandiri danışmağa başladı.
- İgidlər! Çıxdığımız bu yol zəfər qazanmağımızın başlanğıcı olacaq.Bu yolda cəsarətlə,qürurla getməyə hazırsız?
Bu zaman hərkəs ucadan qışqırdı.
- Hazırıq!!!!!- Cəbrayılın səsi daha ucadan səsləndi.
- Qarabağ Azərbaycandır!-komandir son sözlərini dedikdən sonra onları 2 qrupa böldü.
Cəbrayıl və 3 nəfər bir qrupda iştirak edirdi.Bu müqəddəs torpaqlardan düşməni məhv etmək zamanı gəlmişdi.Silahlarını kobud və qabarlı əlləri ilə sarılaraq irəliyə doğru addımlayırdıar.Bu yol onları mütləq zəfərə aparacaqdı.Bu yolda xaincə planlar qurmuş tülkülər var idi.Canavardan qorxduqları üçün,bu yollara əl atmışdılar.Qarşıda yerləşən təpəyə yaxınlaşdıqları zaman atəş səslərini eşitdilər.Bu düşmənin atdığı cəsarətsiz güllələrinin səsi idi.Hər birisi yerə uzanaraaq atəşə qarşılıq verməyə başladılar.Lakin düşmən sadəcə adi silahla deyil ,müxtəlif texnikalar ilə hücm edirdilər.Çünki onlar düşmənin silah anbarının yerləşdiyi ərazidə idilər.Cəbrayıl yoldaşlarına baxaraq qışqırdı:
- Qayıdın siz geriyə!
- Dövlətzadə nə danışırsan ?- atəş səsləri birazda gücləndi.
- Muradov! Sizin övladlarınız var ,ailəniz var.Sizi gözləyənlə var !Qayıdın! Haqqınızı halal edin...
- Biz səni tək qoymarıq!-Bu zaman Əhmədov arxadan səsləndi.
Cəbrayıl isə oların dediklərinə etiraz edərək təpənin arxa hissəsinə doğru qaçmağa başladı.Yoldaşları arxasından nə qədər bağırsada,onun ayaqları daha da sürətli addım atırdı.Təpəni keçdikdən sonra düşmənlə üz-üzə idi artıq.O addımlar ,o baxışlar düşməni daha da vahiməyə salırdı.Öz aralarında “Martiky veradarrnum e ( Mübariz yenidən qayıdır )” deyə qışqırırdılar. Cəbrayıl silahını nifrətlə sıxaraq,düşmənə durmadan atəş açır.Bu gülələr 10 erməni əsgərini məhv edir.Amma o dayanmır.Yenidən və yenidən addımlayır irəli doğru.Bədənini ,ruhunu o qədər güclü his edirki silahı kənara atıb iki erməni zabitini əlbəyax döyüşdə əlləri ilə boğaraq məhv edir...Və şəhidlik zirvəsinə ucalır...
Ruhun şad olsun Cəbrayıl.Qələbə bizimdir....
Xatun Hətəmova