• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Həbibi Şəhriyar

18-09-2023, 16:00 | Baxılıb: 481
“Həbibi Şəhriyar

Şəhriyar 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində dünyaya göz açmışdır.Daha sonra Lənkəran rayonun Osaküçə kəndin İdrak Hüseynov adına tam orta məktəbdə təhsil almış və 2010cu ildə həmin məktəbi bitirmişdir.Hələ məktəb illərində ikən Atasının ölümü onu çox üzmüş,lakin yaşadıqları onun daha güclü olmasına səbəb olmuşdur.Rayonda dostları ilə söhbət edərkən ən böyük xəyallarını onlar ilə paylaşardı.Universitetə qəbul olunmamışdan əvvəl dostlarına “ Gün gələr mən Fizikadan alim olaram və mənim haqqımda kitablar yazılar.Bax o zaman bütün dünya bilər ki, Şəhriyar kimdir.” sözlərini demişdir.Amma dostları düşünməzdir ki,gələcəkdə Şəhriyar qəhrəmanlığı ilə tanınacaq.Həbibi bu xəyallar yolunda irəliləyərkən,Bakı Dövlər Universitetinin Təbiət fakultəsinin Fizika ixtisasına qəbul olunur və 2015-ci ildə məzun olaraq hərbi xidmətə yola düşür.Vətənə olan borcunu layiqincə yerinə yertirən Şəhriyar bu zamanda komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanır.İkinci Qarabağ müharibəsi başlayan zaman,çalışdığı işi yarımçıq qoyaraq, döyüşə yola düşür.Şəhriyar noyabrın 6 –sı Şuşa uğrunda döyüşlərdə cəsurca iştirak edərək,şəhidlik zirvəsinə ucalır...



HEKAYƏSİ
“Nifrətimizi enerjiyə çevirə bilsəydik,o bütün dünyanı aydınlatardı.” Şəhriyar Nikola Teslanın bü fikrini çox bəyənirdi. Nifrət nə idi ? Ya da bu hissi kimə qarşı doğru şəkilldə istifadə etməli idik? Kitablardakı mənfi obrazlara qarşı? Yoxsa körpələrə qıyan vəhşi düşmənlərə qarşı? Bunun cavabını bir müddət sonra düşmənlə üz-üzə gəldiyi anda biləcəkdi.İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl Şəhriyar Lənkəran rayonu Mamusta kəndində işləyirdi.Həmin kəndin insanları belə onun mərhəmətli və tərbiyəli olduğunu dəfələrlə ailəsinə bildirmişdilər.Məsul olduğu ərazidə kasıb ailələrin borcunu öz cibindən ödəyirdi.Yolda gəzərkən tanıyıb –tanımadığı insanlara belə salam verərdi.Çünki o çox yaxşı bilirdi əsl zənginliyin insanın mərhəmətli qəlbində olduğunu. 29 sentyabr səfərbərlik elan olunduğu zaman çox xoşbəxt olmuşdu.İllərlə gözlədiyi an gəlib çatmışdır artıq.Kədərləndiyi tək şey geridə qoyduğu sevdikəri idi.Həmin insanlara Anası,bacısı və işıq pulunu ödəyə bilməyən ailələr daxil idi.Ailəsi ilə vidalaşarkən
Anasına son sözləri bu olmuşdu Şəhriyarın: “ Başını dik tut ! Kimsənin qarşısında baş əymə .Bu həyatda indiyə qədər necə yaşamısansa elə də davam edəcəksən!”. Müharibə zamanı düşmənlə üz-üzə gələrkən,Teslanın həmin sözünü xatırlayırdı.O düşmənə olan nifrətini enerjiyə çevirirək, öz vətənini aydınlatırdı.Oktyabrı 28 –i anasına zəng edərək, “Narahat olma ana! İnşallah noyabrın 5-i müharibə bitəcək və mən o vaxt sizin yanınıza geri dönəcəm.” Anası ilə danışdıqdan bir həftə sonra Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalır.Dediyi kimi noyabrın 6 –sı öz evinə bayrağa bürünmüş olaraq geri qayıdır.Şəhriyar nifrətini enerjiyə çevirərək cənnəti bir daha aydınlatdı.Onun haqqında kitablar da yazıldı.Artıq bütün Azərbaycan biləcək Şəhriyar kimdir deyə...


Bir igid Şəhriyar keçdi dünyadan
Anadan,bacıdan,yardan doymadan.
Lakin,zəfərini yarım qoymadan
Sonacan vuruşub,köçdü cənnətə.

Kitaba düşməkdi,onun arzusu
Alim Şəhriyardır əsas mövzusu,
Yüksək zirvə ilə,daha doğrusu
Şəhid Şəhriyar tək kitaba düşdü!

Şəhidi Tanrının bil,özü seçər!
Onlarda ,vətənçün canından keçər.
Kərbəla şəhidtək məşhur edər
Cənnətdə qovuşar sevdiklərinə.

Ruhun şad olsun Şəhriyar Həbibi.Qələbə bizimdir!


Həbibi Şəhriyar

Xatun Hətəmovaскачать dle 10.6фильмы бесплатно


481

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.