• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ZÜLEYXA-AZAD

1-10-2023, 15:00 | Baxılıb: 564
“ZÜLEYXA-AZAD

Azadım hanı?
Gözlərimin yaşı ilə yazmışam bu şeirimi.15 iyun 1993-cü ildə Şəhid olmuş oğlum Davudov Azad Əli oğluna həsr edirəm.
Cəmi 19 il yaşadı.Düşmən gülləsi balamın bütün arzularını susdurdu.Hündürboy,enlikürək,gensinə,çatmaqaş,badamı qara göz balam nağıla döndü.Ğöz yaşlarım ağı oldu,şeir oldu.Bu şeirlər,bu ağılar ürəyimin dağı oldu.Bir şeylə təsəlli tapıram.Allah qatında Şəhidlik uca zirvədir.Onlar ölmürlər.Onlar daim xatırlanırlar.Nur içində yatasan,balam.Amin.
ZÜLEYXA-AZAD


Zalım fələk elə durdu qəsdimə,
Bir od qoydu mən bələndim tüstümə.
Bu dünyadan qara düşdü üstümə
Dərdimin dərmanı-Azadım hanı?

Ağlamaqdan gözlərimə tor gəldi,
Dərd çəkməkdən ciyərim vərəmlədi,
Çox gözlədim,gözəl balam gəlmədi
Könlümün sultanı-Azadım hanı?

Evim elə uçdu bir də tikilməz
Çəkdiyim dərdlərin sayı bilinməz,
Ürəyimdən bala dağı silinməz,
Bağımın reyhanı-Azadım hanı?

Bahar gül açmadı,yay döndü qışa,
Günəşli ömrümdə düşdüm yağışa,
Neyləmişdim,düçar oldum qarğışa,
Könlümün gümanı-Azadım hanı?

Dörd fəslin dördü də oldu qapqara,
Ürəyimin başı eylədi yara,
Allah,necə dözüm belə qübara?
Dərdimin loğmanı-Azadım hanı?

Nahaq gəldi,haqlını nahaqladı,
Ğüclü gəldi,gücsüzü ayaqladı,
Qara torpaq igidi soraqladı,
Elin nəhləvanı-Azadım hanı?

Dava hər tərəfi viran eylədi,
Bir söyləyin,kimə aman eylədi,
Züleyxanın halın yaman eylədi,
İgidlik dastanı-Azadım hanı?скачать dle 10.6фильмы бесплатно


564

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.