Diaspor info-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, 11:50-də yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb: "Nəticədə ümumi sahəsi 13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetr sahəsi dağıntılara məruz qalıb. Hazırda yanğın tam söndürülüb".
180