• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirilib

16-01-2024, 15:00 | Baxılıb: 207
“Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlərlə bağlı Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirib.
Ombudsman Aparatının müxtəlif struktur bölmələrinin rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə 2023-cü ildə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, Ombudsmana ünvanlanan şikayət və müraciətlər, müxtəlif əhali qruplarının hüquqlarının təmini, habelə Ombudsmanın milli preventiv mexanizm (MPM) fəaliyyəti çərçivəsində işgəncə və pis rəftar hallarının qarşının alınması ilə bağlı həyata keçirilən işlər barədə müzakirələr aparılıb, hesabatlar dinlənilib.
Müşavirədə Ombudsman haqqında Konstitusiya Qanununa edilən dəyişikliklər əsasında Ombudsmanın yeni funksiyalarının icrası istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.
Postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar fonunda insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, həmçinin Ermənistan tərəfindən uzun illər azərbaycanlılara qarşı davam etdirilən etnik təmizləmə və nifrət siyasətinə son qoyulması ilə bağlı ötən dövr ərzində Ombudsman tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, həmçinin aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına ünvanlanan hesabatlar və bəyanatlar barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan işğalı dövründə ərazilərimizdə basdırılan minalar insanların həyat və sağlamlıqları üçün ciddi təhdid olaraq qalmaqdadır. Ermənistanın beynəlxalq hüququn kobud şəkildə pozulması ilə nəticələnən bu və digər əməlləri ilə bağlı beynəlxalq platformalarda məsələ qaldırılmasının ötən dövrdə də prioritet istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.
Müşavirə zamanı qarşıda duran vəzifələr müzakirə olunub, struktur bölmələrə müvafiq tapşırıqlar verilib, o cümlədən ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnun təmini istiqamətində həyata keçiriləcək tədbirlər barədə danışılıb.
Yekunda ölkə Ombudsmanı cari ildə insan hüquqlarının daha səmərəli müdafiəsi, MPM qismində fəaliyyəti və digər prioritet istiqamətlər, beynəlxalq əməkdaşlıq və sair sahələrdə fəaliyyətin inkişafına və daha da təkmilləşdirilməsinə dair tövsiyələrini verib.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


207

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.