Şəki Zaqatala Regional Təhsil idarəsinin Zaqatala üzrə sektor müdiri: Kəmalə Əhmədovanın və ATİAHİ-nin Zaqatala rayonu həmkarlar ittifaqının sədri Bəhruz Bayramovun iştirakı ilə Zaqatala rayon R. Şabanov adına Aşağı Talıbkənd 3 nömrəli tam orta məktəbində tədbir keçirilib.
5 oktyabr müəllimlər günü ilə əlaqədar “ Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən məktəbin müəllimi Südabə Qazıyevanın uğurları ilə təbrik etdilər.
Südabə müəllimə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Forumunda “Təhsildə fəal vətəndaşların yetişdirilməsi” başlığı altında çıxış edib, və eyni zamanda müəllimlərin 16-cı Qurultayında iştirak edib.
Məlumatı Zaqatala rayon R. Şabanov adına Aşağı Talıbkənd 3 nömrəli tam orta məktəbin direktoru İlham Qırtımov verib.
Diaspor. info
Zaqatala bürosu.