• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı açıqlama

23-01-2024, 14:30 | Baxılıb: 199
“Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı açıqlama


Jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumən, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər.

Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək, yalnız cəmiyyətin informasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları materialların ictimai yükü ön planda dayanmalıdır.

Ötən müddətdə Azərbaycan mediası qeyd etdiyimiz istiqamətdə təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd meyillər qalmaqdadır. Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar.

Jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yerlərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsi dünya təcrübəsində də əksini tapıb. Bu təcrübəyə əsasən deyə bilərik ki, media nümayəndələri hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda, tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər.

Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidməti vəzilərini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz, ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır.

Azərbaycan Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistləri, ümumən, özünü cəmiyyətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxsləri bütün bunları nəzərə almağa, nəticə çıxarmağa çağırır. Şura ünvanladığı bu tövsiyələrin onların gələcək fəaliyyətində ciddi şəkildə nəzərə alınacağına ümidvardır.

Azərbaycan Mətbuat Şurasıскачать dle 10.6фильмы бесплатно


199

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.