• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya paytaxtında virtuoz skripka ifaçısı Elvin Xoca Qəniyevin konserti keçiriləcək

29-01-2024, 19:00 | Baxılıb: 190
“Rusiya paytaxtında virtuoz skripka ifaçısı Elvin Xoca Qəniyevin konserti keçiriləcək


Fevralın 2-də Rusiya paytaxtı Moskvada virtuoz skripka ifaçısı, Azərbaycanın əməkdar artisti Elvin Xoca Qəniyevin konserti keçiriləcək.

Moskvanın “Zaryadye” konsert salonunda ilk dəfə çıxış edəcək tanınmış azərbaycanlı musiqiçini P.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri müşayiət edəcək. Dirijor Marius Stravinskinin idarə edəcəyi konsertdə görkəmli türk bəstəkarı Kamal Ülvi Erkinin skripka üçün konserti və amerikalı bəstəkar Frans Vaksman Bizenin “Karmen” operası mövzularında “Fantaziya”sı səsləndiriləcək.

1997-ci ildə musiqiçi ailəsində anadan olan Elvin Xoca Qəniyev 5 yaşından skripka çalmağa başlayıb. Onun ilk ustadı babası – Azərbaycanın xalq artisti, məşhur skripkaçı və dirijor Sərvər Qəniyev olub. Altı yaşında Bilkənd Universiteti nəzdində xüsusi musiqi məktəbinə daxil olub, səkkiz yaşında babası – Azərbaycanın xalq artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il adı İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

Prezident İlham Əliyevin 2008-ci ilin yanvar ayında imzaladığı müvafiq Sərəncamla Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib və ona Prezident təqaüdü təyin olunub. Sonradan professor Zaxar Brondan dərs alan Elvinin konsertmeysteri anası Nərminə Qəniyevadır.

Elvin Xoca Qəniyev Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirib, hazırda Almaniyada Hannover Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir. O, musiqiçi kimi Azərbaycanı dünyanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniya və Avstriyada təmsil edib.

K.Lipinski, Q.Venyavski, P.İ.Çaykovski, D.Oystrax adına müsabiqələrin və digər nüfuzlu beynəlxalq yarışlarının laureatıdır. 2019-cü ildə Türkiyənin “Aydın Gün Təşviq Mükafatı”na layiq görülüb. Həmin il Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru Pərvin Muradovun məşhur layihəsi olan “Florida Keys” müsabiqəsinin Qran-pri mükafatını alıb. Pərvin Muradovla əməkdaşlıq çərçivəsində təşkilatın “Musiqi təhsili və autizm” layihəsinin siması, sözçüsü və sponsoru olub. Həmin layihənin iştirakçılarından biri, daun sindromlu skripka ifaçısı bundan sonra Vatikana dəvət alaraq Roma papasının qarşısında çıxış edib və diplomla mükafatlandırılıb.




скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.