ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə, Zəngi liseyində və Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdır.
Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri İlhamə Qələndərovanın, Zəngi liseyinin həmkarlar ittifaqı komitəsinin sədri Leyli Cəfərovanın və Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Ceyran Qurbanovanın, hər üç təşkilatın Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin ilk həmkarlar ittifaqının 7 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik, Zəngi liseyinin ilk həmkarlar ittifaqının 7 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin 5 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik yeni tərkibləri seçilmişdir.
İlk həmkarlar iitifaqları komitələrinin sədrləri Qələndərova İlhamə Əbülfəz qızı Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin, Cəfərova Leyli Həsənağa qızı Zəngi liseyinin və Qurbanova Ceyran Vəli qızı Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçasının kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitələrinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.