• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xankəndidə biznes qurmaq üçün müraciət edənlərin sayı açıqlanıb

30-01-2024, 19:00 | Baxılıb: 244
“Xankəndidə biznes qurmaq üçün müraciət edənlərin sayı açıqlanıb

Antiterror əməliyyatı nəticəsində işğaldan azad edilmiş ərazilər, o cümlədən Xankəndi şəhərində biznesin inkişafı ilə bağlı sahibkarlıq subyektlərinə edilən müraciətlərə cavab olaraq ümumilikdə 107 hüquqi və fiziki şəxs müraciət edib.
Diaspor.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, sözügedən ərazilərdə sahibkarlığın inkişafı üçün aparılan işlər üç şərti istiqamətə ayrılır:

“Birinci istiqamət gündəlik həyat üçün tələb edilən sahələrdə sahibkarlıq subyektlərinin yaradılmasıdır. Söhbət ticarət, ictimai iaşə, məişət xidməti, yanacaqdoldurma, nəqliyyat vasitələrinə texniki servisin göstərilməsi və digər sahələrdən gedir. Bu istiqamətdə artıq Xankəndidə iki yanacaqdoldurma məntəqəsi, iki market, bir mobil operator və bir çörək bişirmə sexi fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin edilib. Onlardan 5-i məcburi köçkündür. Fevralın sonuna kimi daha iki yanacaq doldurma məntəqəsi, bir mobil operatoru, bir market, bir yükdaşıma və evakuasiya xidməti, bir bərbər salonu və bir aptekin fəaliyyətinin bərpa edilməsi ilə 40-a yaxın yeni iş yerinin açılması təmin ediləcək”.

M. Eynullayev qeyd edib ki, ikinci istiqamət ərazidə olan tikinti materiallarının istehsalı və emalı müəssisələrinin fəaliyyətinin bərpa edilməsi yolu regionda aparılan tikinti-quruculuq və bərpa işlərinin sürətləndirilməsinə, xammal ilə təminatın yaxşılaşdırılması və işlərin maya dəyərinin aşağı salınmasına nail olmaqla dövlət büdcəsinə qənaət etmək məqsədini daşıyır:

“Hazırda iki beton istehsalı və üç daş-qranit sexləri üzrə operator seçilib. Onlarla müqavilələr bağlanılır. Martın sonuna qədər bu müəssisələrin fəaliyyətinin bərpası və 50-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Üçüncü istiqamət üzrə həmin ərazidə yerləşən kənd təsərrüfatı məhsullarının emalı və quşçuluq-heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa edilməsini nəzərdə tutulub. Hazırda iki heyvandarlıq təsərrüfatının bərpası istiqamətində operatorlar seçilib. Onların da hazırlıq işləri martın sonuna qədər yekunlaşacaq. İlkin mərhələdə 40-dan artıq yeni iş yerinin açılması planlaşdırılır”.скачать dle 10.6фильмы бесплатно


244

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.